Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şıxlar (Qarakilsə)

Tarixi
Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Qarakilsə (Sisyan) rayonunda kənd. "İrəvan əyalətinin icmal dəftəri"ndə Şeyxler, Qafqazın 5 verstlik xəritəsində Şıxlar formasında (348, s.296) qeyd edilmişdir. 1918-ci ildə cilono və Mülkədari kəndlərinin erməniləri Eyvazlu kəndinə hucum edərək, əhalinin bütün mal-qarasını sürüb apardılar, evlərini isə talan etdilər və Hüseyn Allahverdi oğlunu öldürdülər; həmin ilin qışında Dolanlar kənidinin erməniləri Şıxlar kəndinə vəhşicəsinə basqın edərək, evlərə od vurub yandırdılar, kəndlilərin əmlaklarını talan etdilər, mal-qaranı qovub apardılar; Mülkədari kəndinin erməniləri Məliklu kəndini darmadağın etdilər, evləri yandırdılar, əmlakları daşıyıb apardılar, mal qaranı qaçırtdılar.
Coğrafiyası və iqlimi
İrəvan quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan) rayonunda kənd. Rayon mərkəzindən 36 km şimal-qərbdə yerləşir.

Əhalisi
Kənddə 1831-ci ildə 44 nəfər, 1873 – cü ildə 312 nəfər, 1886-cı ildə 306 nəfər, 1897-ci ildə 544 nəfər, 1908-ci ildə 590 nəfər, 1914 – cü ildə 585 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1918-ci ildə azərbaycanlılar qırğınlarla deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 326 nəfər, 1926-cı ildə 391 nəfər, 1931-ci ildə 411 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1988-ci ilin sonlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Toponim qazax türk tayfasından olan şeyxlər (şıxlar) etnonimindən (386, s.535) əmələ gəlmişdir. Etnotoponimdir. Qurulşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 2. III. 1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qızıl Şəfəq qoyulmuşdur.

1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.


Tarix: 06.02.2015 / 19:18 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Qərbi Azərbaycan
loading...