Əziz Əliyevin elmi fəaliyyəti
Ə.Əliyev hansı ictimai, inzibati, təşkilati işdə çalışsa da, elmi axtarışlarını bir an belə dayandırmayıb. O, institutu bitirəndən iki il sonra 1929-cu ildə namizədlik, beş il sonra isə doktorluq dissertasiyasını müdafiə edir. Əziz Əliyevin doktorluq dissertasiyası Azərbaycanda ilk dəfə olaraq SSRİ Elmlər Akademiyasının, ÜİLKGİ Mərkəzi Komitəsinin mükafatına layiq görülən dəyərli elmi iş idi. Əziz Əliyev 1941-ci il mayın 13-də (Azərbaycan SSR xalq səhiyyə komissarı işləyərkən) SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının rəyasət heyəti nəzdində təşkil edilmiş elmi şuranın üzvü, 1956-cı ildə isə professor vəzifəsinə seçilir və həmin ildə də professor elmi adı təsdiq olunur.
Tarix: 06.02.2015 / 17:47 Müəllif: Feriska Baxılıb: 36 Bölmə: Qərbi Azərbaycan
loading...