Bacoğlu — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Tarixi
Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur.
Toponim nəsil adı əsasında formalaşmışdır. Patronomik toponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Haykavan qoyulmuşdur.
Əhalisi
Kənddə 1886-cı ildə 391, 1897-ci ildə 543 nəfər, 1904-cü ildə 600 nəfər, 1914-cü ildə 698 nəfər azərbaycanlı yaşamışdır. Z.Qorqodyanın əsərində azərbaycanlılar qarapapaq adı ilə verilir. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunur. Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz evlərinə dönə bilmişdir. Burada ermənilərdən başqa, 1922-ci ildə 23 nəfər, 1926-cı ildə 28 nəfər azərbaycanlı yaşamışdır. 1928-29-cu illərdə azərbaycanlılar tamamilə başqa kəndə köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır.
Tarix: 06.02.2015 / 18:19 Müəllif: Feriska Baxılıb: 48 Bölmə: Qərbi Azərbaycan