Həyatı
Göyçə mahalının Böyük Qaraqoyunlu kəndində anadan olub. Atası Koxa Əhməd Rza oğlu (?-1886) Tovuzun Bozalqanlı kəndindən olub. Aşıq Ələsgərin şagirdi olmuşdur. Aşiqanə lirik şeirləri ilə yanaşı, xalqın həyatını tərənnüm edən bir sıra şeirlər də yazmışdır. 1895-ci ildən müstəqil aşıqlıq etmiş, el arasında ustad sənətkar kimi tanınmışdır. 1921- ci ildə Qızıl Ordu siralarında banditizmə qarşı mübarizədə iştirak etmişdir. 1931-ci ildə Azərbaycan SSR-in Tovuz şəhərinə köçmüşdür. İ Aşıqlar qurultayında ona Azərbaycanın ilk aşığı adı verilmişdir.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı olmuş, "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Aşıq Məhəmməd Rzayevin qardaşıdır. Aşıq Əsəd 1951-ci il aprelin 27-də vəfat etmişdir.
Göyçə mahalının Qaraqoyunlu kəndində 1874-cu ildə dunyaya göz açıb.12 yaşı olarkən atası dunyadan köçur və o bir neçə il muzdurluq edir. Sonra Aşıq Ələsgərə 4-il şəyird olur. Aşıq Ələsgərdən mukəmməl dərs aldıqdan sonra özu şəyird göturub məclislər keçirir. Əsəd 1918-ci ildə daşnaq ordusunun zabiti Selikovun öldurulməsində gunahkar bilinib, qardaçı Məhəmmədlə birgə həbsə alınır. Göyçədə Musavat özəyinin köməyi ilə həbsdən qaçrılır. O uzun muddət Tovuz, Qazax qəzalarında yaşadıqdan sonra 1932-ci ildən Tovuz mahalının Bozalqanlı kəndində məskunlaşır. Aşıq Əsəd 1928-ci ildə aşıqların 1-ci qurultayında yuksək ifaçılığa görə birinci mukafata layiq görulub. O 1930-1940-cı illərdə Respublikada kecrilən incəsənət tədbirlərində iştirak edən ən fəal aşıqlardan biri olub və mukafatlar alıb. Folklorçu H.Əlizadə "Koroğlu"dastanının bir necə qolunu, xalq dastanlarından bir coxunu Aşıq Əsədin dilindən yazıya alır. Aşıq Əsəd aşıq havalarının istifadə olunan butun numunələrindən istifadə edir, hətta unudulanları bərpa edir. Məhz onun bu zəngin biliyinə görə Göyçənin, Tovuzun Qazağın, Şəmkirin bir çox aşıqlqrının yetişməsində Aşıq Əsədin böyuk rolu olmuşdur.
Aşıq Əsəd yaradıcı aşıq idi. Onun zil səsi, fasiləsiz zəngulələri, Koroğlusayağı nərəsi 30-luq lampanı söndururdu. Bir neçə gun dalbadal səs tonu dəyişmədən oxuyurdu. Aşıq Əsəd həm də şair-aşıq idi. Onun yuzlərlə qoşma və gəraylıları aşıqların dilindən duşməmişdir. Aşığın 1939 və 1974-cu illərdə"Şeirlər" kitabı çap olunmuşdur. Bu şeirlər onun ədəbi irsinin bir qismidir. Çox fəal sənətkar olan Əsəd, hətta görduyu, mutəəssir olduğu hadisəyə oradaca telli sazın avazı ilə söz qoşub oxuyardı.
Kamil bağban bağ becərər, gul əkər,
Sahibi var onun,uzə bilməzsən.
Sınar qol qanadın duşərsən yerə,
Tutar səni qəhri-qəza bilməzsən
*********
Laçın olub səmalara suzmuşəm,
Sonqaların savaşına dözmuşəm,
Mən qəvvasam dəryalarda uzmuşəm,
Sən qəvvas deyilsən,uzə bilməzsən.
*********
Gözəllər husnunə çoxdannan heyran
Çıxdım şikarına alagöz tərlan,
Əsədin dərdinə eyləsən dərman,
Bağrının başını əzə bilməzsən.
Aşıq Dədə Əsəd 1951-ci ildə aprelin 27-də Tovuzda vəfat edib.
Kitabları
Şeirləri. Bakı, "Azərnəşr", 1939. 17 səh. 8000 nüs.
Tarix: 05.02.2015 / 17:02 Müəllif: Feriska Baxılıb: 179 Bölmə: Qərbi Azərbaycan