Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşıq Savad

Həyatı
Aşıq Savad Axund Şəfi qızı Nəsibova, 1885-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Əmisi Molla Şabandan, atası Axund Şəfidən, qardaşları Hacı Rəhimdən və Molla Mehdidən ruhani təhsili almışdır. Tanıyıb sevmədiyi, Göyçə mahalının Sarıyaqub kənd sakini Temir adlı birisinə ərə verilmişdir. Temirdən saz havalarını çalmağı öyrənmiş və aşıqlıq etmişdir. Toylarda, el şənliklərində özünün və xüsusən də ustad aşıqların dillər əzbəri olan sözlərini çalıb-oxumuşdur.

Aşıq Savad 1970-ci ildə Gədəbəy rayonunun Qumlu kəndində vəfat etmiş və orada da dəfn edilmişdir.

Aşıq Savad haqqında bir neçə kitablarda məlumat verilmişdir:

1991-ci ildə "Gənclik" nəşriyyatında çap olunan Əzizə Cəfərzadənin "Azərbaycanın aşıq və şair qadınları" kitabında Aşıq Savadın qoşmaları və gəraylıları nəşr olunmuşdur (səh. 160-161).
2005-ci ildə "Avrasiya press" nəşriyyatında çap olunan "Azərbaycan qadın şairləri antologiyası" kitabında da qoşmaları və gəraylıları nəşr olunmuşdur (səh. 133).
2010-cu ildə "MBM" mətbəəsində çap olunan "Aşıq qadınların antologiyası" kitabında Aşıq Savadın qoşmaları və gəraylıları nəşr olunmuşdur (səh. 46-48).


Tarix: 05.02.2015 / 16:55 Müəllif: Feriska Baxılıb: 167 Bölmə: Qərbi Azərbaycan
loading...