Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qayabaşı (Göyçə)

Tarixi
İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd.

«Qаyаnın bаşı», «Qаyаnın üstü» mənаsındаndır.

Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 1 km məsаfədə yеrləşir.

Qayabaşı adı 19 аprеl 1991-ci ildən Qeğamabak qoyulmuşdur.

Mədəniyyəti
Qayabaşı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 6-7 km cənub-qərbdə, Məzrə çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.125). Kəndin adı Qaya Baş Haçı Qərib (Кая Баш-Гаджи Кариб) formasında da qeyd edilir (309, s.305).

Kənddə 1873 - cü ildə 131 nəfər, 1886-cı ildə 181 nəfər, 1897-ci ildə 219 nəfər, 1908-ci ildə 219 nəfər, 1914 - cü ildə 240 nəfər, 1916-cı ildə 234 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1919 - cu ildə aprelin 13-20-də azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən qovulmuşlar (309, s.305). İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılar geri qayıda bilmişlər. 1922-ci ildə 149 nəfər, 1926-cı ildə 129 nəfər, 1931-ci ildə 181 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1926-cı ildən burada əcəmi kürdləri də yaşamışdır.

1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşdur. İndi ermənilər yaşayır.

Toponim «qaya» oroterminindən və «dağın yuxarısı, zirvəsi» mənasında işlənən baş sözündən əmələ gəlmişdir. «Qayanın başında yerləşən kənd» mənasını bildirir. Kənd, doğrudan da, qayalıq, dağlıq yerdə yerləşir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Keğamabak qoyulmuşdur.

Coğrafiyası və iqlimi
Əhalisi
1988-ci ilə qədər azərbaycanlılar

1988-ci ilin sоyqırımınıdа kənddən həlаk оlаnlаr.

Nаmаzоv Qоşun Ibrаhim оğlu (1922),

Cəfərоv Kоrоğlu Bəşir оğlu (1932),

Хəlilоv Məmməd Qulu оğlu (1941),

İqtisadiyyatı
Əkinçilik və heyvandalıq


Tarix: 06.02.2015 / 18:51 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Qərbi Azərbaycan
loading...