Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Avtandil Ağbaba

Avtandil Ağbaba (d.1955) - şair, publisist, folklorşünas. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Həyatı
Avtandil Ağbaba 1955-ci il sentyabrın 26-da Qərbi Azərbaycanın Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. Təpəköy məktəbində orta təhsil almışdır. Azərbaycan Dövlət Universtetinin filologiya fakültəsinə daxil olmuşdur(1973). Ordu sıralarında xidmət etmişdir(1974-1976). Sonra ADU-nin filologiya fakültəsində təhsilini qiyabi davam etdirmişdir. Eyni zamanda doğma Balıqlı kəndində klub müdiri, sonra Oksüz kənd səkkizillik məktəbində müəllim, tədris hissə müdiri, yenidən Balıqlı kənd səkkizillik məktəbində müəllim işləmişdir(1976-1988). Məlum səbəblərə görə doğma yurdundan qaçqın düşmüşdür. Sumqayıtda 11 saylı otra məktəbdə müəllim(1989-1999), 25 saylı orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini(1999), "Ulu Göyçə" qəzetinin xüsusi müxbiri olmuşdur(1993). Sumqayıt Dövlət Universtetinin filologiya fakültəsində müəllim, baş müəllim(2000-2004), sonra kafedra müdiri işləmişdir(2005-ci ildən).

2005-ci ildən filologiya üzrə fəlsəfə doktoru, 2006-cı ildən dosent vəzifəsini tutmuşdur.2012-cü il noyabr ayında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə əməkdar jurnalist adı verilmişdir.

Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlamışdır. İlk mətbu şeri-"Anam", "Əmək" adlı Amasiya rayon qəzetində çıxmışdır(1972). Tələbəlik illərindən şeirləri almanaxlarda, qəzet və jurnallarda vaxtaşırı çap olunur. Onun ilk şeirlər toplusu "Ağbabaya gedən yollar"(1993) kitabında yurd həsrəti, qaçqınlığın ağrı-acısı, sıxıntısı, düşmənə nifrət ifadəsini tapmışdır.

Əsərləri
1. Ağbabaya gedən yollar.Bakı. Nubar nəşriyyatı, 1993-cü il. 96 səh. 5000 nüxsə
2. Qaçaq Usuf. Bakı. Yazıçı nəşriyyatı, 1994-cü il. 56 səh. 3000 nüxsə
3. Ağbaba Şəhidləri. Bakı. Ağrıdağ nəşriyyatı. 1998-ci il. 360 səh. 500 nüxsə
4. Durnalar işığa uçur. Sumqayıt nəşriyyatı. 1999-cu il. 100 səh. 700 nüxsə
5. Oğuz yurdu Güllübulaq. Bakı. Adiloğlu nəşriyyatı. 2002-ci il. 310 səh. 500 nüxsə
6. Mən torpaq oğluyam. Bakı. Adiloğlu nəşriyyatı. 2003-cü il. 220 səh. 500 nüxsə
7. Folklorumuz və taleyimiz. Bakı. Nurlan nəşriyyatı. 2007-ci il.192 səh. 500 nüxsə
8. Aşıq Nəsibin sənət dünyası. Bakı.Nurlan nəşriyyatı. 2008-ci il.96 səh. 300 nüxsə
9. Mifologiya(dərs vəsaiti). SDİ-nun nəşri. 2008-ci il. 60 səh. 200 nüxsə
10. Durnam gedər olsan bizim ellərə. Bakı. Qanun nəşriyyatı. 2010-cu il. 64 səh. 500 nüxsə
11. Aşıq İsgəndər Ağbabalı. Sazda fırtına, sözdə ümmanam. Tərtib edənlər- A. Ağbaba, M. Gülməmmədov. 384 səh. 1000 nüxsə


Tarix: 05.02.2015 / 14:16 Müəllif: Feriska Baxılıb: 209 Bölmə: Qərbi Azərbaycan
loading...