Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşıq Cahad

Həyatı
Aşıq Cahad 1917-ci ildə Göyçə mahalının Qaraqoyun kəndində dünyaya göz açıb. Söylədiyinə görə, atası Camal kişi (1884-1965) savadlı olub, bir neçə dil bilməklə yanaşı, saz-söz sənətinin gözəl bilicisi olduğundan, artıq 15 yaşında yaddaşıyla tutumlu saz-dastan yatırına yiyələnib. Havacatı hər yayı Göyçədə keçirən Aşıq Əsəddən öyrənsə də, 30-cu illərin II yarısında Aşıq Talıb və Aşıq Nəcəf onu həmişəlik şagirdliyə götürürlər. O, 1947-1948-ci illərdə artıq qocalmış Aşıq Əsədin evində qalıb, onunla da məclis keçirirmiş. Daha sonralar Aşıq Cahad Göyçəyə qayıdaraq ustadının oğlu və qardaşı oğlu ilə məclislərə gedərmiş. Ozü də sonuncu ilə - Aşıq Nəcəflə daha çox.

Aşıq Cahad da, artıq yaşı ötdukdən sonra, Şərqi Azərbaycanda, eləcə də Bakıda tanınmağa başlayıb. Belə ki, televiziya və radionun fondunda onun 1990-cı illərədək bircə lent yazısı yox idi. 1987-ci ildə Göyçə aşıqlarının və el şairlərinin – Haqverdi Ələsgəroğlunun, onun özünün, Daşkəndli Aşıq Hacının, Babacanlı Aşıq Mikayılın, Zəki Islam, Eldar İsmayıl və digərlərinin Bakı səfəri zamanı televiziya və radionun saymazyanalığı və yekəxanalığından qəzəbləndim və Dövlət səs yazıları arxivinin direktoru Yaqub Mədətovun milli qeyrətindən faydalanmalı oldum. Məhz onun köməyi ilə Aşıq Cahad və Ağbabalı Aşıq İskəndər 3 dekabr 1987-ci il tarixdə ilk dəfə səs və çalğılarının studiya lent yazılarını eşidə bildilər.

Aşıq Cahadın söylədiyinə görə, Kəlbəcərin Gecmək kəndindən Aşıq Bəhmən onun ilk şagirdi olub və sonralar Sarıyaqubdan və Dağıstandan daha bir neçə nəfəri öyrədib.


Tarix: 05.02.2015 / 16:48 Müəllif: Feriska Baxılıb: 151 Bölmə: Qərbi Azərbaycan
loading...