Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseyn Hüseynov (şair)

Həyatı
Hüseyn Hüsеynov 1900-cü ildə Qazax qəzasının Göyərçin kəndində (sonradan Dilican rayonu) "Paşalar" nəslində аnаdаn оlmuşdur.

Ulu babası Təbrizin Dəvəçilər məhəlləsindən olub.

İlk təhsilini mollaxanada alan Hüseyn Dilicanda Pedaqoji Seminariyanı qurtardıqdan sonra Tovuz və Gədəbəyin müxtəlif kəndlərində müəllimlik etmiş və qəzet redaksiyalarında çalışmışdır. O həmçinin 1930-cu illərdə lüğət də hazırlamışdır.

Dahi şairimiz Səməd Vurğun və tanınmış folklorşünas alim Hümmət Əlizadə ilə birlikdə Çəmbərəkəndi və Göyçəni kəndbəkənd gəzərək, ağsaqqallardan, el bayatı və nağıl bilicilərindən bildikləri bu mənəvi sərvəti toplayaraq onları xalqın ümumi istifadəsinə vermişlər.

Onun ilk şeiri 1925-ci ildən qəzetlərdə nəşr olunmağa başlamışdır.

1937-ci ildə çap olunan "Aşıqlar" kitabında, 1949-1951-ci illərdə isə orta məktəblər üçün "Ədəbiyyat müntəxəbatı" dərsliyində şeirləri çap olunmuşdur.

Hüseyn Hüseynov şeirlərini əsasən Hüseyn Mayıl təxəllüsü ilə yazmışdır. Bəzi kitablarda isə səhvən Aşıq Hüseyn Mayıl kimi təqdim olunmuşdur. O heç vaxt əlinə saz alıb el məclisləri keçirməmişdir. Sazın hazırlanmasında usta kimi də fəaliyyət göstərmişdir.

Səməd Vurğun, Hümmət Əlizadə, Şeyda Əziz, Miskin Əli və başqaları ilə dostluq etmişdir.

"Əməkdar müəllim" fəxri adına və "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.

Tofiq Hüseynovun atasıdır.
Əsərləri
"Qoşa qəlbin duyğuları", Bakı, "Təbib", 2008, 218 səh., tiraj 500.


Tarix: 06.02.2015 / 16:00 Müəllif: Feriska Baxılıb: 113 Bölmə: Qərbi Azərbaycan
loading...