Tarixi
Böyük Vedi - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda yaşayış məntəqəsi şəhər tipli qəsəbə. Vedi rayonunun mərkəzi. Vedibasar çayının yanında yerləşir.
1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə (143, s.172), 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.51), Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Burada 1831-ci ildə 799, 1873 - cü ildə 1743, 1886-cı ildə 2110, 1897-ci ildə 2792, 1914 - cü ildə 2672 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.84-85, 154-155). 1918-19 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş və 1918-20-cı illərdə İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Burada 1922-ci ildə 1504 nəfər azərbaycanlı, 453 erməni, 1926-cı ildə 1545 nəfər azərbaycanlı, 261 erməni, 1931-ci ildə 1254 nəfər azərbaycanlı, 214 erməni yaşamışdır (415, s.85, 155). Sonralar kəndin əhalisi erməni mənbələrində qarışıq şəkildə göstərilmişdir. 1972-ci ildə burada 5624 nəfər azərbaycanlı və erməni yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövlət tərəfindən qırğınlarla qovulmuşdur. İndi burada yalnız ermənilər yaşayır.
Toponim fərqləndirici əlamət bildirən böyük və ərəb dilində «iki dağ arasında olan uzun çuxur dərə», «bir çayın axdığı yer, çay yatağı», «çöl, səhra», «sahə», «məkan, yer» mənalarında işlənən vadi (104, s.83) sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.
Yaşayış məntəqəsinin adı erməni dilinə kalka edilərək Medz (böyük) Vedi formasında işlədilir.
Tarix: 06.02.2015 / 18:23 Müəllif: Feriska Baxılıb: 71 Bölmə: Qərbi Azərbaycan