Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xalisa

Tarixi
Xalisa - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndin başqa adının Xalisa Gyuley yurd olduğu göstərilir(415, s.86).

Kənddə 1831-ci ildə 149 nəfər, 1873 - cü ildə 864 nəfər, 1886-cı ildə 960 nəfər, 1897-ci ildə 1165 nəfər, 1904 - cü ildə 957 nəfər, 1914 - cü ildə 1053 nəfər, 1916-cı ildə 1159 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 154-155). 1918-ci illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar.

Xaricdən (İran və Türkiyədən) köçürülən ermənilər bu kəndə də yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 311 nəfər azərbaycanlı, 290 erməni, 1926-cı ildə 331 nəfər azərbaycanlı, 240 nəfər erməni, 1931-ci ildə 588 nəfər azərbaycanlı, 276 erməni (415, s.86-87, 154-155), 1972-ci ildə 1500 dən artıq azərbaycanlı, 600-ə qədər erməni yaşamışdır.

1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar tamamilə Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olundular. İndi burada yalnız ermənilər yaşayır.

Toponim «dövlət torpağı, dövlətə məxsus olan yer» mənasında işlənən ərəb mənşəli xalisə sözündən (104, s.683) əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir.

Mədəniyyəti
Xalisa kəndindəki 1925-ci ildən fəaliyyətə başlayan ibtidai məktəb 1934-1935-ci tədris ilində yeni istifadəyə verilən məktəb binasında (Köhnə məktəb) yeddiillik məktəbə çevrilmişdir. Yeddiillik məktəb 1963-1964-cü tədris ilində səkkizillik məktəbə çevrilmişdir

Coğrafiyası və iqlimi
Əhalisi
Görkəmli şəxsiyyətləri
Mirələkbər İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
İntiqam Bəşirov, (İqtisadiyyat elmləri)üzrə doktor (PhD), Xəzər Universiteti nin müəllimi.
Süleyman Məmmədov (tarixçi)


Tarix: 06.02.2015 / 19:08 Müəllif: Feriska Baxılıb: 239 Bölmə: Qərbi Azərbaycan
loading...