Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Urud abidələr kompleksi

Urud abidələr kompleksi – Zəngəzur mahalının Qarakilsə (01. 03. 1940 – cı ildən Sisian) rayonunun Urud (03. 07. 1968 – ci ildən Vorotan) kəndi ərazisində yerləşən qədim Azərbaycan - türk tarixi - memarlıq abidələri kompleksi. Kompleksə Urud qalası, Urud qəbirsanlığındakı nadir məzar daş nümunələri və daş stelaları, o cümlədən digər abidələr daxildir.
Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Hündür sıldırım qayanın üstündə yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən isə divarla əhatələnmişdir. Yerli azərbaycanlı əhali arasında qaladan çaya gizli yolun olması haqqında fikirlər vardı. Qala – qayanın aşağısında təxminən yarım kilometr uzanan böyük bir yaşayış məntəqəsinin qalıqları görünürdü.

Urud qalasının adı mənbələrdə 450 – ci il hadisələrindən bəhs edilərkən çəkilir. Qala 1104 – cü ildə Səlcuqlular, 1386 – cı ildə Əmir Teymur, 1407 – ci ildə Qara Yusif tərəfindən fəth edilmişdir.

03. 07. 1968 – ci ildə ermənilər Urud kəndinin adını dəyişərək Vorotan, Urud qalasının adını isə Vorotanberd qoymuşlar. Bununla belə Urud kəndində 1988 – ci ilə kimi yalnız Azərbaycan türkləri yaşamışlar. Bu kənddə ermənilərin ilk məskunlaşması Qərbi Azərbaycan türklərinin 1988 – ci il soyqırımından sonra köçürülmüşlər.

Abidələr kompleksinin ən mühüm hissəsi isə Urud kəndi yaxınlığındakı orta əsrlər Azərbaycan məzarlığıdır. Məzarlıqda bədii tərtibatlı məzar daşları, qəbirüstü sənduqələr və qoç heykəlləri olmuşdur. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı.

1961 – ci ildə Urud kəndində elmi ezmiyyətdə olan AMEA - nın müxbir üzvü, t.e.d., prof. M. Nemətova XV – XVII əsrlərə aid yüzə qədər belə abidəni tədqiq etmişdir. Həmin abidələrin hər birinin üstündə ərəb dilində mərhumun kimliyi, ölüm tarixi, bəzi hallarda isə hətta ölüm səbəbi də qeyd olunmuşdur.


Tarix: 05.02.2015 / 13:24 Müəllif: Feriska Baxılıb: 122 Bölmə: Qərbi Azərbaycan
loading...