Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hümbətov Fərhad Qənbər oğlu
Hümbətov Fərhad Qənbər oğlu

10 sentyabr 1968-ci ildə Qərbi Azərbaycanın Qarakilsə rayonunda doğulmuşdur. 1983-cü ildə burada məktəbin səkkizinci sinfini bitirmişdir. 1986-cı ildə ordu sıralarına çağırılmışdır. 1988-ci ildə erməni millətçi irqçilərinin törətdikləri vəhşiliklər onun ailəsindən də yan keçmir Fərhad ailəsini Bakıya apararaq onlara sığınacaq tapır. 1990-cı il 20 yanvar hadisəsi zamanı isə təsadüf nəticəsində sağ qalır. 1991-ci il o, könüllü olaraq yenicə yaranan batalyonlardan birinə daxil olur. 1992-ci il 7 mart tarixində Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüşlər keçirir və erməni işğalçılarının 5 postunu dağıdır. 29 mart 1992-ci il Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girir, yaralıları təhlükəsiz yerə çıxara bilsədə Fərhad bu döyüşdə qəhrəmancasına həlak olur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hümbətov Fərhad Qənbər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Binəqədi rayonunda qəhrəmanımızın adına park salınmış, burada büstü qoyulmuşdur.


Tarix: 09.06.2015 / 14:07 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Qəhramanlar
loading...