Həyatı
Mənsurov Bəhruz Qəhrəman oğlu 1975-ci il 13 mart tarixində Yardımlı rayonunun Telavar kəndində doğulmuşdur. 1993-cü ildə Bakı Ali Hərbi Komandirlər Məktəbinin sərhəd fakültəsinə daxil olmuşdur.
1995-ci il Mart hadisəsi baş verərkən Mənsurov Bəhruz Milli Ordu sıralarında idi.
13-17 mart hadisələri zamanı o, dövltəçiliyimiz uğrunda silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edir və bu qarşıdurma zamanı qəhrəmancasına həlak həlak oldu.
Ailəsi
Subay idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Yardımlı rayonunun Telavar kəndində dəfn edilib.
Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası Bəhruz Mənsurovun adını daşıyır.
Oxuduğu orta məktəb qəhrəmanımızın adını daşıyır.
Tarix: 24.08.2012 / 00:18 Müəllif: [Ram] Baxılıb: 649 Bölmə: Qəhramanlar