Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Edilov Yelmar Şahmar oğlu
Edilov Yelmar Şahmar oğlu

10 aprel 1946-cı ildə Ağdam rayonunda anadan olmuşdur. 1954-64-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil almış, sonra isə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil omuşdur. 1988-ci illərdə ata-babalarımızdan yadigar torpaqlarımız olan Qərbi Azərbaycan ərazisindən soydaşlarımızın deportasiya edilməsi zamanı Yelmar Könüllü özünümüdafiə batalyonlarının yaradılmasını təkid edirdi. Bu iş yalnız 1990-cı ildən sonra görülməyə başlanıldı. 1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox kəndləri erməni işğalçıları tərəfindən gecə-gündüz atəşə tutulurdu. Yelmar Edilovun rəhbərliyi ilə Kolanı kəndində özünümüdafiə batalyonu yaradıldı. Bu dəstə Ağdamda böyük hünər göstərdi, onlar dəfələrlə ermənilərə lazımı cavab vermişdilər. 1994-cü il 11 aprel düşmən böyük qüvvə ilə hücuma keçir, düşmənə sol cinahdan əks hücuma keçən Edilovun taboru erməni faşistlərinin iki tankını vurur, lakin döyüş bitməmişdi bu zaman Yelmarın yanında mərmi partlayır vətənimizin cəsur övladı Edilov Yelmarın arzularla dolu ürəyi beləcə dayandı… o, 48 yaşında gözlərini əbədi yumdu.

Evli idi. 7 övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Edilov Yelmar Şahmar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakı şəhərindəki ikinci şəhidlər xiyabanında dəfn edilmişdir.


Tarix: 09.06.2015 / 14:02 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Qəhramanlar
loading...