1969-cu il yanvar ayının 16-da Lerik rayonunda doğulmuşdur. Məktəbi burada başa vurduqdan sonra isə ailəsi ilə birlikdə Lənkərana köçmüşdür. Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. Gənc zabit bir müddət sonra Zəngilana göndərilir. Rövşən 70 nəfərdən ibarət tağımın komandiri təyin edilir. Onun başçılıq etdiyi tağım göstərdiyi şücaətə görə cəbhədə ad çıxarmışdı. Rövşənin köməkliyi ilə düşmənin Qafan rayonunda yerləşən obyektləri məhv edildi. 13 sentyabr 1992-ci il Rövşənin son döyüşü oldu erməni faşistləri Zəngilan rayonunun Qazançı kəndinə hücum etmişdi. O, döyüş yoldaşları ilə “Qaz 66” markalı avtomobilə əyləşib Qazançıya yollanır, onlar kəndin yaxınlığında düşmənin PDM-i və piyadaları ilə üzbəüz çıxdılar, güclü atəşə maruz qalan vətənimizin igid oğulları ölüm dirim savaşına girdilər. Rövşən yoldaşlarına meşəyə çəkilməyə əmr etdi özü isə ağır yaralansada silahı yerə qoymurdu. Yoldaşları onu xəstəxanaya çatdırsalarda artıq gec idi...
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Rövşən Əbdülhüseyn oğlu Abdullayevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Lənkəran şəhər qəbristanlığında dəfn edilmişdir.
Tarix: 09.06.2015 / 13:51 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Qəhramanlar