25 dekabr 1960-cı ildə Goranboy rayonunda anadan olmuşdur. Orta məktəbini burada btirdikdən sonra Rusianın Altay vilayətində hərbi xidmətdə olub. Erməni qəsbkarlarının fəallaşdığı 1988-ci illərdə Goranboy rayonunda özünü müdafiə dəstələri yaradılırki buraya ilk yazılanlardan biri də Niyazi idi. Silahlı erməni quldurlarından vətəni müdafiə etmək üçün Niyazi yoldaşlrı ilə silah axtarırdı onlar iki tank tapırlar onları təmir edərək işlək vəziyyətə gətirirlər və Şəfəq kəndinin ermənilərin əlinə keçməsinin qarşısı alınır. Niyazi yoldaşları ilə Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində vuruşmuşdular. 1992-ci il, 4 may Tap-Qaraqoyunlu kəndi yaxınlığında keçirilən döyüş zamanı komandiri İsfəndiyar Əsədovu xilas edərkən vətənimizin igid oğlu qəhrəmancasına həlak olur.
Ailəli idi, iki oğlu həyatda yadigar qalıb.
Azərbaycan Respubliksaı prezidentinin 5 fevral, 1993-cü il tarixli 457 saylı fərmanı ilə Aslanov Niyazi Şərəfxan oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Tap-Qaraqoyunlu kəndində dəfn edilmişdir.
Buradakı kənd orta məktəbi qəhrəmanımızın adını daşıyır.
Tarix: 09.06.2015 / 13:55 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Qəhramanlar