Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəbrayıl Fəxrəddin Mövsüm oğlu
Cəbrayıl Fəxrəddin Mövsüm oğlu

1958-ci il 12 avqust Qərbi Azərbaycanın Goruş şəhərində anadan olmuşdur. Orta təhsilini Culfada almışdır. 1975-ci ldə BAÜQKM-nə daxil olur. 1979-cu ildə təhsilini başa vurur. Onu təyinatla Almaniyada yerləşən Sovet ordusuna qrup komandiri göndərirlər. 1984-cü ildə fəaliyyətnini Zaqafqaziya Hərbi Dairəsində davam etdirir. İllər ötür...Vətənə dönən Fəxrəddin Bakı şəhər Nəsimi rayon Hərbi Komissarlığında çalışmağa başlayır. 1986-cı ildə Ali Zabitlər Kursunu bitirir. 1992-ci il Müdafiə Nazirliyində Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin imzalanması şöbəsinin rəisi vəzifəsinə təyin edilir. 1992-ci il “N” saylı taborun komandiri vəzifəsinə təyin olunur. 1993-cü ildə Beyləqan rayonunda vəziyyət olduqca pis idi. Fəxrəddinin hazırladığı plana əsasən onun taboru döyüşlərə girdi buradakı erməni yaraqlıları tam məhv edildi və xeyli silah sursat ələ keçirildi. 1994-cü ildə Füzuli, Kəlbəcərdə gedən döyüşlərdə yenidən düşməni ağır itkilərə məruz qoydular. 1996-cı il Qaradağ rayonunda Hərbi Komissarlığda çalışmışdır.

Azərbaycan Respublikası prezidentinin fərmanı ilə 1994-cü ilin oktyabr ayında “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə polkovnik Cəbrayılov Fəxrəddin Mövsüm oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Ailəlidir, iki övladı var.


Tarix: 09.06.2015 / 14:00 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Qəhramanlar
loading...