Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Etibar İsmayılov

Həyatı

29 mart 1964-cü ildə Ağcabədi rayonunda anadan olmuşdur. 1981-ci ildə burada məktəbi bitirmişdir. 1990-cı ildə o erməni vəhşilikərinə tab gətirə bilmir və könüllü müdafiə batalyonlarından birinə yazılır.
Döyüşlərdə iştirakı

Bir neçə batalyonda vuruşan Etibar Ağdam batalyonuna yazılır. O, kəşfiyyata gedər mühüm məlumatlar əldə edərdi. 1994-cü il 4 yanvar Etibarın tərkibində olduğu tabor yeni tapşırıq alır: Xocavənd rayonunda mövqe tutan erməni qəsbkarlarının arxasına keçmək və məlumat əldə etmək...bu əməliyyat yerinə yetirilərkən onlar mühasirəyə düşürlər, Etibar döyüşçü dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır erməni faşistlərinin tankı ekipajla birlikdə məhv edilir...Onun bu qəhrəmanlığı dildən-dilə düşdü.
Ailəsi

Subay idi.
Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 5 yanvar 1994-cü il 86 saylı fərmanı ilə İsmayılov Etibar Bəylər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Cəsədi döyüş meydanında qalmışdır.


Tarix: 24.08.2012 / 00:17 Müəllif: [Ram] Baxılıb: 746 Bölmə: Qəhramanlar
loading...