Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacıyev Etibar Firudin oğlu
Hacıyev Etibar Firudin oğlu

5 aprel 1971-ci ildə Qərbi Azərbaycanın Vardenis rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. Erməni millətçiləri və separatçıları tərəfindən oradakı soydaşlarımız qovulan zaman onun ailəsi Kəlbəcər rayonuna pənah gətirir. Etibar 1989-cu ildə hərbi xidmətə çağırılır, ordudan tərxis edildikdən sonra isə vətənə geri dönür. 1992-ci ildə Etibar könüllü olaraq Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. Böyük Canbar, Kiçik Canbar, Buzlaq, Erkəc kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi fədakarlıq göstərir. 1992-ci il 15 iyun Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Xanlar rayonunda dəfn edilmişdir. Xanlar rayonunda küçələrdən biri qəhrəmanımızın adını daşıyır.


Tarix: 09.06.2015 / 14:06 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Qəhramanlar
loading...