Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

QəhramanlarNovruz Qurbanov

Həyatı
1975-ci il 2 iyun tarixdə Ağstafa rayonunda anadan olmuşdur. 1992-ci ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır.
Döyüşlərdə iştirakı
“N” saylı hərbi hissədə xidmət edən Novruz atəşkəs imzalananadək döyüşlərdə iştirak etmişdir. 1995-ci il Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda döyüşən gənc əsgər Novruz Qurbanov qəhrəmancasına həlak oldu
Ailəsi
Subay idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qurbanov Novruz Əliyullah oğluna ölümündən sonra “Azərbayvcanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ağstafa rayonu Göycəli kəndində dəfn edilmişdir.
Göycəli kəndində büstü qoyulmuşdur. Ardı »

QəhramanlarArazov Ənvər Talış oğlu

Arazov Ənvər Talış oğlu

2 dekabr 1953-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Texniki-peşə məktəbini bitirdikdən sonra, 1974-cü ildə hərbi xidmətə çağırılmışdır. Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdir. Xidmətini başa vurduqdan sonra Gəncəyə dönür. “Büllur” zavodunda işləməyə başlayır. 1988-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağ ərazisində yaşayan soydaşlarımızı narahat etməyə başlamışdılar. Ənvər bununla barışa bilməzdi o Daxili İşlər Nazirliyinə işə girərək silaha sarılır və cəbhəyə yola düşür, Ağdərə rayonunda bir çox uğurlu əməliyyat aparır. 1992-ci il noyabr ayının 1-dən 2-nə keçən gecə Ağdamın Sırxavənd kəndində erməni quldurları ilə qeyri bərabər döyüşə girir və mərdliklə həlak olur.

Ailəli idi, bir oğlu və bir qızı yadigar qalıb.

Azərbaycan Ardı »

QəhramanlarMehdi Hüseynzadə

Mehdi Hüseynzadə vətənimizdən çox uzaqlarda faşist düşərgəsində ağır işgəncələrə mətanətlə sinə gərmiş, sonra əsir düşərgəsindən qaçıb, Yuqoslaviya, Triyest, İtaliya partizan dəstələri ilə düşmənə qarşı birgə amansız mübarizə aparmışdır. 1908(9)-ci ildə Bakıda anadan olmuşdur. 1932-ci ildə o, Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuş və bu məktəbi bitirmişdir. 1937-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil almışdır. 1940-ci ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda öz təhsilini davam etdirmişdir.

Böyük Vətən Müharibəsi başlananda müharibəyə yollanmış, 1942-ci ilin yayında Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanmış və faşistlər tərəfindən əsir alınmışdır. 1943-cü ilin sonlarında Mehdi, bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən Ardı »

QəhramanlarNəsibov Mərifət Əhməd oğlu

Nəsibov Mərifət Əhməd oğlu

22 may 1972-ci il Qazax rayonunda anadan olmuşdur. 1979-89-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır. İlk gündən qorxmazlığı, mərdliyi cəbhədə ona hörmət qazandırmışdı. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı. 1992-ci ildə yanvar ayının 28-i Mərifətin son döyüşü oldu. Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Nəsibov Mərifət Əhməd oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Qazax rayonunun Məzəm Ardı »

QəhramanlarAslanov Şikar Davud oğlu

Aslanov Şikar Davud oğlu

1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuşdur. İlk təhsilini burada alan Şikar 1987-ci ildə məktəbi bitir. 1988-ci ildə Sovet ordusuna hərbi xidmətə çağırılır 1990-da doğma vətənə dönərək DİN-in post patrul xidmətinə qəbul olunur. Erməni işğalçılarının vətənə basqını zamanı Şikar silaha sarılaraq cəbhəyə yollanır. 1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurur. 1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlir, cəsur döyüşçünü hospitala çatdırsalarda onun həyatını xilas etmək mümkün olmur, vətənimizin igid oğlu əbədi olaraq gözlərini yumur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud Ardı »

QəhramanlarAsif (Fred) Məhərrəmov

Asif (Fred) Məhərrəmov

Onun başı düşmənə deyil, vətənə əyildi

Qarabağ haqqında düşünmək də, yazmaq da üzünü Allaha tutub ağlamaq kimidir. Necə ki, Asif (Fred) Məhərrəmov əsgərləri, döyüşçü dostları şəhid olanda ağlayardı. Onun ağlayışı adi deyildi. Sanki dünyadan, erməni vəşhiliklərindən kainat sahibinə şikayət idi. (Fred) Asif düşünürdü ki, torpaqların və mənliyin azadlığı, müdafiəsi yolunda şəhid, qurban olmaqdan, ölməkdən qorxanlara ölüm və həqiqət daha çox yaxınlaşır. O, millətini ağlar, Qarabağı xar görmək istəmirdi. Bilirdi ki, bu hal sonralar göz dağına çevrilə bilər.

Yalanın, şərin, şeytan bağırtılarının erməni təcavüzkarlığı fonunda qulaqları deşdiyi döyüş durumlarında (Fred) Asif gələcəyi görürmüş kimi qəhrəmanlıq ruhu ilə hayqırırdı. O, xalqımızın arzularının, ümidlərinin şeytanlaşmış qatillərinə Ardı »

QəhramanlarCəbrayıl Fəxrəddin Mövsüm oğlu

Cəbrayıl Fəxrəddin Mövsüm oğlu

1958-ci il 12 avqust Qərbi Azərbaycanın Goruş şəhərində anadan olmuşdur. Orta təhsilini Culfada almışdır. 1975-ci ldə BAÜQKM-nə daxil olur. 1979-cu ildə təhsilini başa vurur. Onu təyinatla Almaniyada yerləşən Sovet ordusuna qrup komandiri göndərirlər. 1984-cü ildə fəaliyyətnini Zaqafqaziya Hərbi Dairəsində davam etdirir. İllər ötür...Vətənə dönən Fəxrəddin Bakı şəhər Nəsimi rayon Hərbi Komissarlığında çalışmağa başlayır. 1986-cı ildə Ali Zabitlər Kursunu bitirir. 1992-ci il Müdafiə Nazirliyində Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin imzalanması şöbəsinin rəisi vəzifəsinə təyin edilir. 1992-ci il “N” saylı taborun komandiri vəzifəsinə təyin olunur. 1993-cü ildə Beyləqan rayonunda vəziyyət olduqca pis idi. Fəxrəddinin hazırladığı plana əsasən onun taboru döyüşlərə girdi buradakı erməni yaraqlıları Ardı »

QəhramanlarÇobanov Şamoy Məhyəddin oğlu

Çobanov Şamoy Məhyəddin oğlu

19 yanvar 1965-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1982-ci ildə 1 saylı məktəbi bitirdikdən sonra avtonəqliyyat müəssəsində işləmişdir. Şamoy 1983-cü ildə Sovet ordu sıralarına hərbi xidmətə çağırılır. 1985-ci ildə ordudan tərxis olunur. 1989-cu ildə Qazax rayon polis şöbəsinə işə qəbul olunur, o zamanlar erməni quldurlarının Xeyrimli, Yuxarı Əskipara, Bağanis Ayrım kəndlərinə hücumları ara vermirdi. 19 avqust 1990-cı il Yuxarı Əskipara kəndinə gedən avtobusu Şamoy müşayiət edirdi. “Qanlı dərə” adlanan yerdə erməni silahlıları avtobusa qəfil hücum edirlər. Şamoy döyüşə girir düşmən geri oturulsada sərnişinlərdən ölən və yaralananlar var idi. Həmin döyüşdə Qazax eli bir igidi də itirdi bu kənd camatının hörmətini qazanmış Ardı »