18 iyun 1967-ci ildə Bərdə rayonunda anadan olmuşdur. 1984-cü ildə 6 saylı Bərdə şəhər orta məktəbini bitirmişdir. Daha sonra Sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1988-ci il Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olmuşdur. O Bərdədə “Soy” adlı təşkilat yaradaraq gəncləri öz ətrafında toplayırdı. Xocalı faciəsindən sonra Səfiyar Bərdə özünümüdafiə batalyonuna daxil oldu. Onu bacaracağına görə komandir təyin edirlər. Daha sonra onu Ağdam cəbhəsinə vuruşmağa göndərirlər. 1992-ci il mart ayının 11-i həyəcan siqnalı verilir erməni faşistləri Əsgəran yaxınlığındakı postumuza hücum edirlər Səfiyar PDM-si ilə döyüşə girir. O burada döyüşçülərimizi xilas edir özü isə Əsgəran rayonu istiqamətində irəliləyir. Qaraqaya deyilən yerdə Səfiyar erməni basqınçılarının böyük bir qüvvəsinə rast gəlir. Lakin o geri çəkilmir bir müddət irəlilədikdən sonra onun PDM-si ermənilər tərəfindən vurulur. Onu yaralı olduğundan əsir tutmaq murdar ermənilərə çətin olmur.
10 gün əsirlikdə qalan Səfiyar heç bir sirr vermədiyi üçün onun ayaqlarına məftil bağlayaraq üzərinə neft töküb yandırırlar. Gənc zabitin yanmış cəsətini 21 mart 1992-ci ildə çətinliklə Ağdam şöbəsinin köməyi ilə almaq olur.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992 ci il tarixli 833 saylı fərmanı ilə Behbudov Səfiyar Abuzər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bərdə rayonunun Mollalı kəndində dəfn edilmişdir.
6 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.
Tarix: 09.06.2015 / 13:58 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Qəhramanlar