Həzi Aslanov 1910-cu il yanvarın 22- də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini şəhər 1 saylı orta məktabində alıb. 13 yaşında atasını itirən Həzi Aslanov kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb, Sonra O, komsomol ezamiyyəti ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1929 –cu ildə oranı bitirdikdən sonra Leningrad suvari məktəbinə daxil olur. Iki illik təhsildən sonra o, Kotovsk adına III Bessarabiya süvari diviziyasında tağım komandiri kimi fəaliyyətə başlayır. Hərbə möhkəm bağlanan Həzi döyüş texnikası ilə yaxından maraqlanır, həm öyrənir, həm də öyrədirdi.
İkinci dünya müharibəsi başlananda Həzi, Ukraynada xidmət edirdi. 1941 ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərdi. O, öz döyüşçüləri ilə Donbass ətrafında düşmənin şiddətli hücümlarını beş ay dəf etdi, onu ağır tələfata uğratdı. 1941 ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmənlığına görə Qırmızı Ulduz ordeninə layiq görüldü. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa– vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad- Salsk dəmir yolunu tutub, almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxardılar.
Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumu dəf etdilər, bir batalyon piyada qoşunu , 30 tankı 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942 –ci il 22 dekabrda Sovet Ittifaqı Qəhrəmanı adına layiq görüldü. O daim öz hərbi biliyini artırmağa səy göstərirdi. 1943 cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi. Sonra o yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944-cü il 13 martda ona tank qoşunları general mayoru adı verildi. 1944-cü il iyunun axırlarında Belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belorusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumarı davam etdirdilər. Aslanovun briqadası iyunun24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görüldü.
1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. O Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə , fitri istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır. İki dəfə Qırmızı Ulduz, 3 dəfə Qırmızı bayraq , Aleksandr Nevski, Ikinci dərəcəli Suvorov Ordeni, 1 –ci dərəcəli Vətən Müharbəsi ordeni və saysız medallarla təltif edilmişdir.
24 yanvar 1945 –ci ildə Həzi məlum quvvəlar tərəfindən qətlə yətirilənədək o vətənə sadiq bir əsgər kimi xidmət göstərmişdir. Ölümündən 47 il sonra ikinci Sovet Ittifaqı Qəhrəmanı adı ona verilmişdir.
Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır. Burada qəhrəmanın abidəsi ucaldılmışdır. 1969 –cu ildə Həzinin vətəni Lənkəranda onun ev-muzeyi açılmış.1983–cü il 8 mayda Lənkəran şəhərinin mərkəzində onun boyük heykəli ucaldılmışdır.
Tarix: 24.08.2012 / 00:22 Müəllif: [Ram] Baxılıb: 986 Bölmə: Qəhramanlar