Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Babayev Nazim Abbas oğlu
Babayev Nazim Abbas oğlu

7 fevral 1975-ci ildə Salyan rayonunda anadan olmuşdur. 1992-ci ildə kənd orta məktəbini bitirir. 1993-cü ildə Milli Orduya çağırılır. O torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanır. Nazim Füzuli, Tərtər bölgəsində vuruşurdu. 1995-ci il mart hadisələri zamanı gənc Nazim silahlı dəstələrin tərksilah edilməsində iştirak edirdi və 15 mart 1995-ci il qardaş gülləsindən həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Nazim Abbas oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Salyan rayon Qaraçala kənd qəbristanlığında dəfn edilmişdir. Salyan şəhərindəki mərkəzi parkda büstü qoyulmuşdur.


Tarix: 09.06.2015 / 13:56 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Qəhramanlar
loading...