2 oktyabr 1964-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. O Yasamal rayon 20 saylı məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstutuna daxil olmuşdur. 1992-ci ildə Əhalinin Əmək və Məşğulluq Mərkəzində aparıcı mütəxəsis olan Babayev Çingiz könüllü olaraq Milli Ordu sıralarına daxil olur. O “N” saylı hərbi hissədə qərərgah rəisi vəzifəsində çalışır. 28 oktyabr 1995-ci il payız axşamı idi...Bakı metrosu həmişəki kimi iş rejimi ilə işləyirdi. “Ulduz” və “N.Nərimanov” stansiyaları arasında hərəkət edən qatarda erməni terrorçularının yerləşdirdiyi partlayıcı qurğu işə düşür və bütün qatarı alov bürüyürdü... Çingizdə bu qatarda sərnişinlər arasında idi o fəryad edən soydaşlarımıza kömək etmək qərarını verir və vaqonlarda olan insanları xilas etməyi bacarır, onlarla insan bu faciədən xilas olur. Başqalarının həyatını xilas edən vətənimizin cəsur övladı öz həyatını qurban verir...
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 3 noyabr 1996-cı il tarixli, 506 saylı fərmanı ilə Babayev Çingiz Adil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakının Yasamal rayon qəbristanlığında dəfn edilmişdir. Onun şərəfinə “Ulduz” stansiyasında abidə kompleksi ucadılmışdır.
Tarix: 09.06.2015 / 13:56 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Qəhramanlar