Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğluna ölümündən sonra "Azərbaycanın Milli qəhrəmanı" adı verilmişdir.
Hacıyev Əlif Lətif oğlu 24 iyun 1953-cü ildə Xocalı şəhərində doğulmuşdur.
1970-ci ildə Əlif orta məktəbi bitirərək sürücülük peşəsinə yiyələnmişdir. 1971-ci ildə ordu sıralarına çağırılmış və hərbi xidməti Minsk şəhərində keçmişdir.
1974-84-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuş və 1979-cu ildə həmin məktəbi bitirərək, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirmişdir.
1990-cı ildə Daxili İşlər orqanlarında Xocalı təyyarə limanı xətt daxili işlər bölməsinə rəis təyin olunur. 1991-ci ildə ona mayor rütbəsi verilir. Erməni silahlı qüvvələrinin Xocalı şəhərinə hücumu zamanı 1992-ci il 26 fevralda qəhrəmancasına həlak olmuşdur.
Ailəli idi. İki qız övladı var.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bakının Nizami rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.
Tarix: 24.08.2012 / 00:21 Müəllif: [Ram] Baxılıb: 593 Bölmə: Qəhramanlar