27 aprel 1952-ci ildə Şəki rayonunda, ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransız qəhrəmanı Əhmədiyə Cəbrayılovun “Armed Mişel” ailəsində doğulmuşdur. Orta təhsilini doğulduğu kənddə almışdır. Daha sonra Milis məktəbinə daxil olur, 1978 ci ildə bu kəktəbi bitirir və sahə müvəkkili təyin edilir. 1990-cı ildə Mikayıl dörd nəfər polislə Qarabağa ezam olunur onlar Cəmilli kəndini müdafiə etməli idilər. Bir müddət sonra o Kosalara, əhali üçün ayrılmış taxılı gətirməyə gedir Cəmilli Kosalar arasındakı yolda qəflətən erməni quldurları onlara basqın edir. Zabitlərdən biri snayper gülləsindən ağır yaralanır, erməni basqınçıları ilə ölüm-dirim savaşına atılan Mikayıl çiynindən güllə yarası alır buna baxmayaraq o təslim olmur və son anadək vuruşaraq döyüş meydanında həlak olur.
Ailəli idi, bir övladı var.
Azərbaycan Respubliksaı prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Şəki rayonunda dəfn edilmişdir.
Həlak olduğu kənd onun adını daşıyır.
Tarix: 09.06.2015 / 14:01 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Qəhramanlar