2 dekabr 1953-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Texniki-peşə məktəbini bitirdikdən sonra, 1974-cü ildə hərbi xidmətə çağırılmışdır. Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdir. Xidmətini başa vurduqdan sonra Gəncəyə dönür. “Büllur” zavodunda işləməyə başlayır. 1988-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağ ərazisində yaşayan soydaşlarımızı narahat etməyə başlamışdılar. Ənvər bununla barışa bilməzdi o Daxili İşlər Nazirliyinə işə girərək silaha sarılır və cəbhəyə yola düşür, Ağdərə rayonunda bir çox uğurlu əməliyyat aparır. 1992-ci il noyabr ayının 1-dən 2-nə keçən gecə Ağdamın Sırxavənd kəndində erməni quldurları ilə qeyri bərabər döyüşə girir və mərdliklə həlak olur.
Ailəli idi, bir oğlu və bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Arazov Ənvər Talış oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Tarix: 09.06.2015 / 13:55 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Qəhramanlar