Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏR (SAV)-İN QONŞULARI İLƏ MÜNASİBƏTİ

Peyğəmbər - sallallahu aleyhi və səlləm -in qonşuluğu nə qədər də gözəl idi. Peyğəmbər -sallallahu aleyhi və səlləm - Əbu Zərr - radıyallahu anhu - tövsiyəsində buyurur: «Ey Əbu Zərr, sən sulu yemək bişirəcək olsan suyunu çox et və qonşuna da ver» deyə buyurdu (Müslim).

Əbu Şureh -radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Allaha and olsun ki, iman gətirməz! Allaha and olsun ki, iman gətirməz! Allaha and olsun ki, iman gətirməz!». Səhabələr: «Kim, Ey Allahın Rəsulu!» deyə soruşdular. Peyğəmbər: «Qonşusu şərindən əmin olmayan kimsə» (Fəthul Bəri 10/443). Əbu Hureyrə - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Qonşusu şərindən əmin olmayan kimsə Cənnətə girməz» (Buxari «Ədəbul Mufrad» 121).


Tarix: 27.04.2013 / 16:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 98 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...