Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI: EVİN İÇİNDƏ

İcazə verildi və bu ümmətin Peyğəmbərinin (s.ə.v.) evinin ortasında yerimizi tutduq. Ətrafa göz gəzdirək və əshabi-ikram bizə bu evin həqiqi görünüşünü, oradakı döşək, avadanlıq, vasitə və başqalarını olduğu kimi bildirsin.

Biz bilirik ki, otaqlara, evlərə gəlişigözəl baxmamaq, onlara göz gəzdirməmək lazımdır. Lakin biz tabe olmaq və həmin yolla get­mək məqsədilə bu dəyərli evdə olan bəzi şeyləri görmək istəyirik. Bu, təməlində sadəlik və sərmayəsi iman olan bir evdir... Onun divarlarında bu gün çoxlarının asdığı canlı surətlər (canlıların şəkilləri) yoxdur. Çünki Rəsulullah (s.ə.v.) belə buyurmuşdur: "İçəri­sində itlər və yaxud surətlər olan bir evə mələklər daxil olmaz" (Buxari).

Daha sonra Rəsulullahın (s.ə.v.) gündəlik istifadə etdiyi bəzi şeyləri görmək üçün ətrafa nəzər salaq. Sabitin belə dediyi rəvayət edilmişdir: "Ənəs ibn Malik bizə dəmirlə bağlanmış taxta bir kasa gətirdi: "Ey Sabit" dedi. "Bu, Rəsulullahın (s.ə.v.) kasası idi" (Tir­mizi).

Ənəs -radiyallahu anh-dan rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.v.) bir şey içdiyi zaman üç dəfə nəfəs alırdı (Buxari və Müslim). Yəni içib qabı ağzından çəkdikdən sonra nəfəs alırdı.

Peyğəmbər (s.ə.v.) su içərkən qabın içində nəfəs alınmasını və ya onun üflənməsini qadağan etmişdir (Tirmizi).

Rəsulullahın (s.ə.v.) cihadlarında, döyüş sahələrində, mübarizə günlərində geyindiyi zirehi isə yəqin ki, evdə yoxdur... Rəsulullah (s.ə.v.) bu zirehi bir yəhudidən borc aldığı otuz sa (ölçü vahididir) əvəzində girov qoymuşdu. Aişə -radiyallahu anhə-nın da dediyi kimi (Buxari, Müslim), Rəsulullah (s.ə.v.) vəfat etdiyi zaman zirehi həmin yəhudidə idi.

Peyğəmbər səllallahu aleyhi va səlləm ailəsinin yanına -onların xainliklərindən çəkinirmiş kimi- qəfildən girməzdi. Lakin xanımları onun gələcəyini bildikləri zaman yanlarına gedər, onlara salam verərdi.(İbnul Qayyim, "Zadul-Məad", II, 381.)

İndi də tədqiqedici bir nəzər və ayıq-sayıq bir qəlblə Rəsulullahın (s.ə.v.) bu hədisi üzərində düşünək: "İslama hidayət olunan və güzəranı yetərincə olub bununla qənaətlənən bəndə necə də xoşbəxtdir!" (Tirmizi).

Başqa bir geniş hədisə də diqqət yetirək: "Kim oğul-uşağı arasında əmin-amanlıq içində, cismən sağlam olduğu, o gün üçün azuqə­nin olduğu halda səhərə çıxarsa, sanki həmin insana dünyanın hər şeyi verilmişdir" (Tirmizi).


Tarix: 26.04.2013 / 21:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 183 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...