22. Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq Uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?”
23. (Adəm və Həvva) “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər. (əl-Əraf: 22–23).
Bu, etirafın, tövbəyə qayıdışın, təvazökarlığın, mütiliyin və çətin anlarda Allaha sığınmağın nümunəsidir. Onun zürriyətindən kimsə bu nümunəvi davranışa əməl edərsə onun dünya və axirət aqibəti xeyirə doğru gedər.
Tarix: 26.04.2013 / 21:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 121 Bölmə: Peyğəmbərlərin Həyatı