Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI: PEYĞƏMBƏR (SAV)-İN YUMŞAQLIĞI VƏ SƏBRİ

Ənəs b. Məlik - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm -bir kimsənin üzünə qarşı onu üzəcək şeyi söyləməz və heç kəsin də ayıbını üzünə vurmazdı (Başqa rəvayətdə: Əgər Allahın haram etdiyi bir şeylər edilsəydi o, zaman insanların ən qəzəblisi olardı. Öz nəfsi üçün deyil Allah rizası üçün intiqam alardı)1. Aişə - radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - lazımsız bir şey söyləməz və etməzdi. Bazarda kimsə ilə münaqişə etməzdi, ona pislik edənə pisliklə qarşılıq verməz, bağışlayar və intiqam almazdı. Mübarək əli ilə heç kəsi döyməmişdi

Cihad istisna olmaqla, heç bir xidmətçisini və zövcəsini döyməmişdi2. Əbu Hureyrə - radıyallahu anhu - dedi ki: «Ey Allahın Rəsulu! Müşriklərə bəd dua et» dedim. O: «Mən lənət edən birisi olaraq göndərilmədim. Mən ancaq rəhmət olaraq göndərildim»3. Peyğəmbər - sallallahu aleyhi və səlləm - Aişə - radıyallahu anhə -yə buyurdu: «Sərt davranmaqdan çəkin. Şübhəsiz ki, yumşaqlıq hər nədə olursa mütləq o işi gözəlləşdirər. Hər nədən almarsa onu qüsurlu edər»4. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Yumşaqlıqdan mərhum edilən bütün xeyirdən mərhum edilmiş olur»5. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: Mən rəhmət ilə göndərildim6. Peyğəmbər - sallallahu aleyhi və səlləm
- buyurdu: «İnsanlara rəhm etməyənə Allah rəhm etməz»7. Peyğəmbər - sallallahu aleyhi və səlləm
- buyurdu: «Rəhmət ancaq bədbəxt olan birisindən sökülüb almır»8. Ənəs b. Məlik - radıyallahu
anhu - rəvayət edir ki, “Peyğəmbər - sallallahu aleyhi və səlləm - ilə birlikdə idim. Əynidə kobud
bir parçadan olan Nəcran toxunması olan paltar var idi. Bədəvi bir ərəb ona yaxınlaşaraq
paltarından tutdu və sərt şəkildə özünə tərəf çəkdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm -in
çiyninə baxdım. Paltar boynunda iz salmışdı. “Ey Muhəmməd! Yanında olan Allahın malından
mənə bir şey ver” - dedi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - ona baxdı və güldü. Sonra ona
bir şey verilməsini əmr etdi”9. Əbu Hureyrə - radıyallahu anhu - rəvayət edir ki, bir bədəvi ərəb
məscidə girərək kiçik ayaq yoluna çıxdı. Səhabələr onun üzərinə hücum çəkmək üçün yerlərindən
durdular. Peyğəmbər: «Ona toxunmayın”. Ayaq yoluna çıxdığı yerə bir qab su tökülməsini əmr etdi.
”Mən asanlaşdırmaq üçün göndərildim, çətinləşdirmək üçün deyil» deyə buyurdu10. Peyğəmbər -
sallallahu aleyhi və səlləm -in dəvət yolunda göstərdiyi səbr ona uymağı, onun yolu ilə getməyi,
nəfsi istəklərə görə intiqam almamağı lazım bilir. Aişə - radıyallahu anhə - rəvayət edir ki,
Peyğəmbər - sallallahu aleyhi və səlləm -dən soruşdum: «Sənin üçün Uhuddan da ağır bir gün
olubmu?» O: «Sənin qövmündən çox şeylər çəkdim. Onlardan çəkdiyim ən böyük sıxıntı Əqabə
günü etdikləridir... Allah istədiyini əmr etməyin üçün dağlar mələyini sənin yanına göndərdi.
Dağlar mələyi məni səslədi, mənə salam verdi və: «Ey Muhəmməd! Allah qövmünün sənə
söylədikləri sözləri eşitmişdir. Mən dağlar mələyiyəm. Rəbbim məni sənə dilədiyini əmr etməyin
üçün göndərdi. Əgər istəsən Məkkənin iki tərəfındəki dağları onların üzərinə salım. Peyğəmbər:
«Xeyr, mən Allahın onların bellərindən Allaha heç bir şeyi şərik qoşmadan ibadət edən kimsələrin
gələcəyini ümüd edirəm» deyə buyurdu11. Əsil bağışlamaq da budur. Onlardan intiqam almağa
qadir olduğun halda bağışlayırsan. İbn Məsud - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər -
sallallahu aleyhi və səlləm - Peyğəmbərlərdən bir Peyğəmbəri xatırlayaraq sanki gözlərimin
önündədir. Qövmü o, Peyğəmbəri vurmuş, yaralayıb qanını axıtmışlar. O, isə üzündən axan qanı
silərək: «Allahım qövmümə məğfirət et. Çünkü onlar bilmirlər»12.
Bir gün Peyğəmbər - sallallahu aleyhi və səlləm - səhabələri ilə birlikdə bir cənazədə idi. Bu vaxt Zeyd b. Sunə adında bir yəhudi gəlib, ondan borcunu istədi. Peyğəmbər - sallallahu aleyhi və səlləm -in əbasından tutaraq sərt şəkildə onunla davrandı və ona baxaraq: «Ey Muhamməd! Mənim hakkımı ödəməyəcəksənmi?» ağır sözlər də söylədi. Ömər b. əl-Hattab - radıyallahu anhu -qəzəbləndi, (qaşları) və gözləri qəzəbli şəkildə ona baxdı və: «Ey Allahın düşməni! Səndən eşitdiyim bu sözləri Rəsülullahamı söylədin, bu gördüklərimi onamı etdin? Onu haqq ilə göndərənə and olsun ki, əğər onun qızmasından çəkinməsəydim bu qılıncımla başını vurardım. Peygamber -sallallahu aleyhi və səlləm- Ömərə sükunətlə baxırdı. Sonra: «Ey Ömər! Mənim də, onun da bu etdiyimizdən başqa bir şeyə ehtiyacımız vardır. Sən mənə borcumu gözəl ödəməyi tövsiyə etsəydin, ona da borcunu gözəl bir şəkildə istəməsini əmr etsəydin? Ya Ömər! Bunu al, get və ona haqqını ver! Əlavə ona 20 sa xurma da ver (artıq). Yəhudi Zeyd deyir: «Ömərin 20 sa xurma artıq verdiyini gördükdə: «Bu nə üçündür, ey Ömər!» dedim. Ömər: «Rəsülullah - sallallahu aleyhi və səlləm -mənə səninlə bu pis davranışımın yerinə haqqından artığını verməmi əmr etdi». Zeyd: «Məni tanıyırsan?» dedim. Ömər: «Xeyr, sən kimsənki?» dedi. Yəhudi: «Mən Zeyd b. Sunəyəm» dedi. Ömər: «O rahib (Yəhudilərdə din adamı) olanmı?» dedi. Yəhudi: «Bəli, o rahib olan» dedim. Ömər: «Yaxşı, onda səni Rəsülullah - sallallahu aleyhi və səlləm -ə qarşı bu cür hərəkət və söz söyləməyinə vadar edən nə idi?» dedi. Zeyd dedi ki: «Ey Ömər! Peyğəmbərlik əlämətlərini Rəsülullah - sallallahu aleyhi və səlləm -in üzünə baxdıqda gördüm. Onun mülayimliyi, cahilcə hərəkət edəcəkmi, yoxsa ona qarşı cahillik edənlərə qarşı cahil olacaqmı. Bunları da onda görmədim. Artıq səni şahid tuturam, ey Ömər. Mən Rəbb olaraq Allahı, din olaraq İslamı, Peyğəmbər olaraq Muhamməd - sallallahu aleyhi və səlləm -i qəbul etdim. Səni şahid tuturam ki, malımın yarısı Muhamməd - sallallahu aleyhi və səlləm -in ümmətinə sədəqə olsun”. Ömər: «Onların bir qismi üçün olsun de. Çünkü sən hamısına çatdıra bilməzsən». Zeyd: «Bəli, bir qisminə olsun» dedi. Yəhudi Rəsülullah - sallallahu aleyhi və səlləm -in yanına gələrək: «ƏŞHƏDU ƏNLƏ İLƏHƏ İLLƏLLAH VƏ ƏŞHƏDU ƏNNƏ MUHƏMMƏDƏR RƏSULULLAH -deyərək ona iman edib təsdiq etdi»13.


Tarix: 27.04.2013 / 16:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 237 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...