Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏR SALLALLAHUALEYHİVƏSƏLLƏM İN NƏSƏBİNİ BİLMƏK

Onun nəsəbi yer üzünün ən üstünüdür. Şərəf baxımından nəsəbi zirvədədir. Herakl Əbu Sufyan - radıyallahu anhu - dan Peyğəmbər - sallallahu aleyhi və səlləm - in nəsəbini soruşaraq: «Onun nəsəbi aranızda necədir?». Əbu Sufyan: «O, bizim içimizdə yüksək bir nəsəbə sahibdir» deyə cavab vermişdir. Herakl: «Mən sənə onun nəsəbindən soruşdum. Sən də onun sizin içinizdə yüksək bir nəsəbə sahib olduğunu söylədin. Həqiqətən də Peyğəmbərlər öz qövmləri arasmda yüksək bir nəsəbə sahib olaraq göndərilirlər» dedi (Buxari.)

. Həmçinin də peyğəmbərlər haqqında keçən rəvayətlərdə də bu öz təsdiqini tapır. Məs: Şueyb - əlehissəlam - ın qövmü: «Əgər əşirətin olmasaydı səni daşqalaq edərdik». (Hud 91). İbn Haldun Bağavi - rahmətullahi aleyhi -deyir ki: «Peyğəmbərliyin əlamətlərindən biri də qövmləri içərisində şərəfli bir ailəyə mənsub olmalarıdır». NƏSƏBİ: Məhəmməd b. Abdullah b. AbdulMuttalib (əsl adı: Şeybətul Həmd) b. Haşim (əsl adı: Amr) b. AbdiMənaf (əsl adı: Muğirə) b. Kusay (əsl adı: Zeyd) b. Kilab b. Murrə b. Kəb b. Luey b. Galib b. Fihr b. Məlik b. Nadr b. Kinanə b. Huzeymə b. Mudrikə b. İlyas b. Mudar b. Nizar b. Məad b. Adnan. Adnan Allahın Peyğəmbəri İbrahim - əlehissəlam - ın oğlu İsmail - əlehissəlam -ın nəslindəndir. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Şübhəsiz ki, Allah İsmail oğullarını seçmişdir. Ismail oğullarından da Kinanəni, Kinanədən də Qureyşi, Qureyşdən də Haşim oğullarını, Haşim oğullarından da Məni seçmişdir»
(Müslim.)
İbn Kəsir - rahmətullahi aleyhi - deyir ki, İbrahim - əlehissəlam - ın nəslindən iki böyük uşaq dünyaya gəlmişdir. Birincisi Həcərdən dünyaya gələn İsmail - əlehissəlam, digəri də Saradan dünyaya gələn İshaq - əlehissəlam - dır. İshaq -əlehissəlam - ın nəslindən də Yaqub - əlehissəlam - dünyaya gəldi. Allah: «...Bundan sonra biz onu İshaqla, İshaqın ardıyca Yəqubla müjdələdik». (Hud 71). Onun nəslindən çox Peyğəmbər gəlmişdir. İsrail oğullarından gələn Peyğəmbərlər Məryəm oğlu İsa - əlehissəlam - ilə sona çatmışdır. İsmail - əlehissəlam - a gəlincə isə ərəblər onun soyundandırlar. Onun soyundan Peyğəmbər olaraq sadəcə Peyğəmbərlərin sonuncusu, seyyidi Məhəmməd b. Abdullah b Abdullmuttalib b. Haşim əl-Qureyşidir.(İbn Kəsir Qısasul Ənbiya 175.)
. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Mən atam İbrahimin duası və İsanın müjdəsiyəm. Anam şam saraylarını işıqlandıran bir nurun çıxdığmı gördü: «Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir Peyğəmbər göndər ki, Sənin ayələrini onlara oxusun, kitabı və hikməti onlara öyrətsin, onları təmizləsin! Həqiqətən (Sən) yenilməz qüvvət və hikmət sahibisən». (əl-Bəqərə 129). «Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdir: «Ey İsrail oğulları! Həqiqətən mən özümdən əwəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir Peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!». (əs-Səff 6).
(Əhməd 5/262, Həkim 2/600.)


Tarix: 27.04.2013 / 17:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 168 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...