Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saçları necə qurutmalı?

Sevimli saçlarınız üçün şampundan istifadə və yuma qaydalarını öyrəndikdən sonra növbəti prosedur qurutma əməliyyatı olduğu üçün bu məsələ ilə də bağlı mütəxəssis məsləhəti ilə tanış olmağınız sizin xeyrinizə ola bilər.

Qurutma əməliyyatı da vacib prosedurlardan biridir. Çünki qurutma prosesindən asılı olaraq saçlarınızı istənilən formaya salabilərsiniz. Misal üçün, yuduqdan sonra saçlarınızı səliqəsiz başa sancaqlayıb yığsanız, bir neçə saatdan sonra açdığınızda “möhtəşəm” saç düzümü ilə qarşılacaqsınız. Bunun üçün saç tipinizdən asılı olaraq müəyyən qaydalara əməl edərək qurutmanı həyata keçirmək lazımdır (“Saçlara qulluq sirləri” kitabının saç tipi bölməsində bu haqda məlumat var). Mütəxəssislər bildirirlər ki, saçları açıq havada qurutmaq daha məsləhətlidir. Çalışın saçınız öz-özünə qurusun. Bu mümkün deyilsə, o zaman saçınıza zərər verməmək üçün feni aşağı istilikdə və saçlarınızdan bir qədər uzaq tutaraq qurudun.


Tarix: 26.12.2012 / 11:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 257 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...