Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər dəri tipinə uyğun maska

Gözəlliyinə və baxımına əhəmiyyət verən qadınlar üçün möcüzə dəri maskaları hazırladıq.

Dəri tipiniz və probleminiz nə olursa olsun dərinizin ehtiyac duyduğu baxımı təmin etmək üçün hər dəriyə uyğun maska reseptləri burada...Quru cildlər üçün bu maskanı təcrübə edin!

Əgər quru bir dəriniz varsa bu maska tam sizə görədir!



Dərin bir qabın içinə bir çay qaşığı fındıq yağı, bir çay qaşığı arı südü, bir yemək qaşığı krem, bir çay qaşığı balı şüşə bir kasada qarışdırın. Üz və boyun bölgənizə sürtüb 15 dəqiqə gözləyin. Daha sonra ilıq suyla yuyun. Bu maskanı, iki həftədə bir dəfə tətbiq edə bilərsiniz.

Həssas bir dərinizmi var?

Belə bir dəriyə sahibsinizsə bu maskanı həftə bir dəfə rahatlıqla təcrübədən keçirdə bilərsiniz.



Bir ədəd bananı əzib püre halına gətirin və bir ədəd yumurta sarısını, bir yemək qaşığı balla qarışdırın. Üz və boyun bölgənizə sürtüb 15 dəqiqə gözləyin. Son olaraq üzünüzü ilıq suyla durulayın.Qarışıq cildlərin baxımı burada!

Dəriniz həm yağlı, həm quru, həm də həssassa bu maska dərinizi özünə gətirəcək.



Bir yemək qaşığı ağ gil, iki çay qaşığı bibəriyə yağı və bir ədəd yumurta sarısını qarışdırın. Üz və boyun bölgənizə sürtüb 15 dəqiqə gözləyin. Müddətin sonunda ilıq suyla durulayın. Maskanı, iki həftədə bir dəfə tətbiq edə bilərsiniz.Yağlı cildlər üçün maska!

Ən sıx qarşılaşılan dəri tiplərinin başında gələn yağlı cildlərə bu maskanı tətbiq edə bilərsiniz.



Bir ədəd pomidorun qabığını soyub əzərək püre halına gətirin və iki çay qaşığı balla qarışdırın. Üz və boyun bölgənizə sürüb 15 dəqiqə gözlədin. Sonra ilıq suyla yuyun. Maskanı, həftədə bir dəfə tətbiq edə bilərsiniz.


Tarix: 07.12.2012 / 20:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 440 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...