Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qırışların qarşısını almaq üçün...

Qidalanmağımıza fikir verdiyimiz kimi, dərimizin sağlam bəslənməsinə də diqqət etməliyik. Süni hazırlanmış maskaların əvəzinə təbii məhsullardan istifadə etməliyik . Satışda olan hər bir kremin, maskanın tərkibində süni qatqı var. Üzü nəmləndirməyin ən gözəl üsulu təbii yağlardı.

22 yaşından etibarən qırışlar eleyhinə üzə qulluq edilməlidir. Üz həftə 2 dəfə dəniz duzu ilə silinməlidir. Dəniz duzu suda isladılır pambığa batırılıb üz silinir. 20-30 dəqiqədən sonra üz yuyulur, istədiyiniz yağlardan biri çəkilir ( günə çıxmamaq şərti ilə). Hər hansı yağı çəkmək üçün pambıq suya batırılıb , sıxılır, yağa batırılıb üzə çəkilir.



Üz üçün ən lazımlı olan vitaminlər bunlardır:
A, B, C, E (təbii şəkildə) vitaminlər.
A – üzü tez qocalmadan, qırışlardan qoruyur
B – üzü təravətli olmasını bəsləyir
C - üzü ləkələrdən qoruyur
E – üzün elastikliyini, nəmliyini, möhkəm (sallanmamasını) qoruyur

Bu vitaminlərin natural məhsulları bunlardır:
A – kök, balqabaq, ərik, badam yağları
B – küncüt, buğda, balqabaq tumu yağları
C – limon, portağal, çobanyastığı, itburnu, qaraçörək otu yağları
E – qoz, fındıq, zeytun yağları


Bu yağlar soyuq sıxma və distilə olunmaqla əldə edilir. Soyuq sıxma şəkilində alınan yağlar əksər vaxt qoxusuz olur.

Bu yağların hər hası biri ilə də suya batırıb sıxılmaqla üzdən makiyajı da silə bilərsiniz.


Təbii tonik:
- 3 ədəd limonun suyu
- 1 ədəd xiyarın suyu
- 1 ədəd portağalın suyu
- 2x.q tibb spirti
- 1 qapaq badam yağı

Hamısı bir-birinə qarışdırılır şüşə qaba tökülür, soyuducuda saxlanılır.
Qeyd:1 həftə ərzində istifadə edilə bilər.


Tarix: 06.12.2012 / 11:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 379 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...