Quru Saçlara Qulluq Necə Olmalıdır...
1- Şampuna diqqət yetirin: Saçınızı tez-tez yumaq, quru saçın səbəblərindən biridir. Quru saçlar üçün ideal olan şampunların pH dəyərinin 4,5 ilə 6,7 arasında olması lazımdır.
2- Saçınıza nəzakətli davranın: Quru saçlar ən narın saç tipidir. Bu səbəblə saçınıza diqqət göstərməlisiniz. Saçınızı heç bir şəkildə ani və sürətlə daramayın, dırnaqlarınızla ovalamayın. Barmaqlarınızla saç dərinizi ovalamaq yağ vəzlərini fəaliyyətə keçirəcək.
3- Saç baxım kremi istifadə edin: Quru saçların nəmə ehtiyacı var. Tərkibində spirt olmayan nəmləndiricilərdən istifadə edin. Çünki spirt saçı daha çox qurudar.
4- Daha az darayın: Çox daramaq saçlarınızın tez qırılmasına və tökülməsinə səbəb olur. Saçınız yaşsa, fırça yerinə daraq istifadə edin. İstifadə etdiyiniz saç fırçasının tipi də çox əhəmiyyətli. Deşikli saç fırçasından istifadə etsəniz daha yaxşı olar.
5- İstidən uzaq durun: Saç burma alətləri quru saçlar üçün ən pis olanıdır. Süni bir qurutma istifadə etmək məcburiyyətindəsinizsə, ən aşağı istilikdə fendən istifadə edin.
6- Sirkədən istifadə edin: Quru saçlarınızı sirkəylə canlandırmanın bir neçə yolu var. Sirkə yaxşı bir nəmləndiricidir və təmizliyi və parlaqlığı artırır. Saçlarınızı duruladığınız suya yalnız 1 yemək qaşığı sirkə əlavə edin. Sirkədən saçlarınızı kəpəkdən təmizləmək üçün də istifadə edə bilərsiniz. Saçınızı şampuanlamadan əvvəl həftədə bir neçə dəfə sirkəylə masaj edin.
7- Parlaqlıq üçün yumurta istifadə edin: Saçınızı təmizləmək və super bir parlaqlıq vermək üçün ilıq suyun içinə yumurta qatın və saçınıza sürərək yayın. İlıq su ilə yaxşıca durulanın. Çox köhnəlmiş saçlara parlaqlıq qazandırmaq üçün isə bu müalicəni tətbiq edin: 3 yumurtanı, 2 yemək qaşığı zeytunyağını və 1 çay qaşığı sirkəni qarışdırın. Bunu uzun saçlarınıza tətbiq edin və plastik papaqla bağlayın. 30 dəqiqə bu şəkildə gözləyin. Sonra hər zamanki kimi şampunla yuyun.
Quru saçlar, saçın qoruyucu yağ örtüyünün olmaması səbəbi ilə meydana gəlir. Sağlam saçlarda bu yağ örtüyü saçların üstündə mövcuddur və saçları qurumaqdan qoruyar. Yağ örtüyünün olmamasının müxtəlif səbəbləri ola bilər. Xəstəliklər buna səbəb ola bilər ya da hormon pozuqunluqları buna səbəb ola bilər.
Quru saçlara sahib olan kəslər saçlarını olduqca çox daramağa diqqət göstərməlilərdir. Saçların daranması sayəsində saçda olan təbii yağ saçın dibinə qədər dağılar. Quru saçlara sahib olanlar saçlarını hər gün yumamalıdırlar. Çünki saçınızı hər gün yuduğunuzda saçınızdan daha çox yağın və nəmin itməsinə gətirib çıxararsınız.
Qidalanmanızda saçlarınıaı təsir edər. Bu səbəblə Vitamin B, sink və silis olan qidaları seçməniz saçlarınız üçün faydalı ola bilər.
Tarix: 19.12.2012 / 22:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 584 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri