Tarix boyu daima gözəllik ilk planda olmuşdur. Amma gözəllik sadəcə zahiri deyildir. Gözəl bir qəlb, gözəl bir mərifət, gözəl mədəniyyət, gözəl əxlaq və.s yəni ki bunlardan şox misal çəkmək olar. Amma insanda bir gözəllik varki, əgər o insanda yoxdursa geriyə qalan bütün gözəlliklər boşdur. Bəli insanda gözəl mənəviyat yoxdursa onda gözəllikdə, insaniyətlikdə yoxdur. Şünki gözəl bir mənəviyat gözəl əxlaqın, gözəl imanin ve bir çox gözəlliklərin məmbəyidir.
Məsələn qarşınıza gözəl bir qadın gətirsələr, birneçə dəqiqə həmsöhbət olduqdan sonra o qadənda əxlaqın, mənəviyatın, kamilliyin olmadığını gördüyünüz zaman zahiri gözəlliyinin bir mənası qalmır. Əlbəttə ki bəzən insanlar qarşısındakına zahiri görünüşü, zahiri gözəlliyinə görə qiymət verir. Hətta artıq elə bir zəmanəmiz varki zahiri görünüşüdə qırağa qoyaraq cibindəki pul, altındakı avtomobilinə görə qiymət verirlər.
Artıq günümüzdə hər cür kasmetıkalarla meymunu belə gözəlləşdirirlər. Əlbəttəki bu cümləm ilə hərkəs razılaşmaya bilər. Amma məni bir şey maraqlandırır.
Zahiri görünüşünüzü hər cürə müxtəlif kasmetikalarla gözəlləşdirə bilərsiniz. Bəs daxiliniz?
İnsanın qəlbi, əxlaqı, düşüncələri gözəl olmadıqdan sonra zahirən dünya gözəli olsa nəyə yarar. Gözəllik qisaciq ətək, çılpaq ayaqlar, dekolteli köynəklər deyil. Bunlarla gözəlliyi müqayisə edənin elə ağlı da qısacıq ətək qədərdir. Məz özümü bu tər müqayisə edən insanlardan uzaq tutmuşam. Mənim fikrimcə isə insan daxilini imanı ilə inancı ilə, Quran ilə, İslamiyət ilə, Allah (c.c) sevgisi ilə gözəlləşdirərsə mütləq ki onun daxili gözəlliyi xaricinə vuracaqdır. Gəlin ilk öncə daxilimizi gözəlləşdirək sonra xaricimizi...
Tarix: 28.11.2012 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 656 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri