Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərə nifrət edən qadınlar lezbiyan olur

Freyd cinsi hisslərin həyatın təməli olduğunu deyirdi. Zənnimcə, Freyd "cinsi hisslər” deyəndə əks cinslər arasında olan hissləri nəzərdə tutmuşdu. Amma bu deyim modernizmin kabusu oldu. İnsanlar Freydə istinad edib, cinsi hisslərini müxtəlif formalarda öz həmcinslərilə ödəməyə can ataraq, bunu da "həyatın təməli” adlandırdılar. Düşünürəm ki, Freyd indiki cəmiyyətə baxsaydı, mütləq fikirlərini dəyişərdi.

Əslində cinsi azlıqların tarixi qədim dövrlərə gedib çıxır. 1968-ci ildəki "cinsi inqilab”dan və 1969-cu ilin Stonvel qiyamından əvvəl cinsi azlıqlar daim əzilir, alçaldıcı sözlər, polis şiddəti və antipatiya ilə üzləşirdilər. Qısası,insan yerinə qoyulmurdular. Cinsi inqilabdan sonra cinsi azlıqların mübarizəsi Qərbi Avropadan başlayaraq, dünya səviyyəsində yayılmağa başladı. 80-ci illərdən cinsi azlıqların haqları tanınmağa başlandı. Qeyd edək ki, cinsi inqilablar zamanı azlıqlar "göyqurşağı” bayrağı altında toplanmışdılar.

Azərbaycanda cinsi azlıqlar hələ sovet dövründən mövcud olsalar da milli dəyərlər, mentalitet amilləri onların cəmiyyyətdə "mən də varam” deməsinə mane olurdu. Lakin zaman keçdikcə, Avropaya interqasiyasının nəticəsi olaraq, ölkəmizdə də cinsi azlıqlar var olduqlarını bildirməkdən çəkinməməyə başladılar. Əvvəllər onların varlığını şiddətlə qınayan media və tv-lərdə də özlərinə yer tapdılar.

Qiyaməti gətirənlər

Mütəxəsislərin fikrincə, homoseksuallıq şəxsiyyət pozğunluğudur. Belə insanların övladlığa uşaq götürməsi isə cəmiyyət üçün potensial təhlükə mənbəyi deməkdir. Homoseksuallar aramızda dolaşsalar da, biz onların bədən quruluşuna baxaraq, oriyentasiyalarını müəyyən edə bilmərik. Çünki aralarında gözəl kişi qamətinə malik olanlar da az deyil çoxdur.

Psixoloq Aydın Əfəndiyevin sözlərinə görə, cəmiyyət içində cinsi azlıqları tanımaq üçün diqqətli müşahidə yetərlidir. Yaşa dolmaq,cinsi azlıqları narahat edən əsas problemdir. "Sevgililərinə pul vermək üçün hər işə əl atarlar. Həddən artıq qısqanc olub, cinayət işləməyə belə hazır olurlar. Xəyanəti isə əsala bağışlamır və mütləq əvəzini çıxmağa çalışırlar”.

Müsahibim bildirir ki, uşaqların cinsi azlıqların arasında olması cəmiyyət üçün təhlükəlidir: "Uşaqları bu insanlarla bağlı xəbərlədən uzaq tutmaq lazımdır. KİV–də bu haqqda danışılmamalı, ya da öncədən xəbərdarlıq ediməlidir”.

Türkiyə mütəxəsislərinin fikrincə, əgər cinsi azlıqların yayılması belə sürətlə davam edərsə, insanlıq 50 ilə məhv ola bilər. Kişilərin kişilərə və qadınların qadınlara olan şəhvət hissi insanlığın sonunu gətirə bilər. Bu səbəbdən, elm adamları insanlarda olan şəxsiyyət pozğunluğu hesab edilən homoseksuallığın qarşısını almaq üçün çalşırlar.

Əfəndiyev hesab edir ki, lesbiyanlıq ən çox feminist qadınların arasında görünür. Kişilərə nifrət bəsləyən qadınlar şəhvət hissini bir-birilə yaxınlıq etməklə söndürürlər: "Feminsitlər özlərini kişilərlə bərabər gördükləri üçün, kişinin verə biləcəyi cinsi zövqü bir-birinə verəcəklərini düşünürlər. Bu səbəbdən, lesbiyanlıq ən çox feminstlərin arasında yayılıb. Amma bəzi qadınlar var ki, biseksualdırlar. Onlar həm qarşı cins, həm də həmcinslərilə əlaqədə ola bililər. Bu, kişilərə də aiddir. Düşünürəm ki, bütün bunların kökündə ruhi pozuntu durur”.



"...Tamam fərqli duyğu idi”


Onunla saytların birində tanış olmuşam. Hər zaman mənimlə söhbət etmək, fikrirəini bölüşmək istədiyini deyirdi. Deyirdi ki, "sənin üçün çox maraqlı olacağam”. Beləcə görüşdük. Qarşımda idman stilində geyinmiş, incə üz cizgiləri olan orta boylu bir qız dayanmışdı.
Səbinənin 25 yaşı var. Keşlə qəsəbəsində yaşayır.
- Məni niyə görmək istəyirdin ki?
- Jurnalist olduğunu bilirəm. Səninlə məsləhətləşmək istəyirəm.
Səbinə məndən üzr istəyib bir siqaret yandırdı və danışmağa başladı.
Onun atası hələ qız uşaq olanda dünyasını dəyişib. Anası kiçik qardaşı ilə Səbinəni çətinlikə böyüdüb. 16 yaşı olanda anası da sağalmaz xəstəliyə tutulub:
- Mən işləməyə başladım,- deyir Səbinə - Əvvəlcə bi kafedə ofisiant... Raufla da kafedə tanış olmuşdum. Məni sevdiyini, fikrinin ciddi olduğunu deyirdi. Artıq 7-8 ay idi ki, görüşürdük. Mayın 18-i doğum günüm idi. Rauf dedi ki, işdən sonra gedək ad günün keçirək. Raufu həyatımın xilaskarı hesab edirdim. Yaşadığım hadisələr məni sarsıtdığı üçün bütün ümidlərimi ona bağlamışdım. Axşam Gənclik metrosu yaxınlığında olan bir restorana apardı məni. Yemək yedik və ilk dəfə mən qırmızı şərabın dadını bildim. Sonra heç nə xatırlamıram . Səhər açılanda özümü Raufun qolları arasında gördüm. Ağlayır və düşünürdüm ki, o, bundan sonra mənə sahib çıxacaq. O, isə "sən qız deyildin, niyə ağlayırsan” deyə iztehza ilə gülümsünürdü. Sonra iki əli ilə üzümü ovcuna aldı: "Onsuz da, sənin heç kəsin yoxdu, şikayət etsən də, mən pul verib qutaracağam”. Beləcə başladı hər şey. Əvvəlcə müxtəlif kişilər girdi həyatıma. Hamısı ilə internetdə tanış olurdum. Bir gün isə kişilərdən iyrənməyə başladım. Hamısının verdiyi hiss eyni idi. Yenilik axtarırdım. Hər gecə içki, siqaret və internet. Afətlə tanış oldum bir axşam internetdə. Oxşar talelərimiz vardı. Sadəcə bir fərq var idi ki, onun maddi imkanı yaxşı idi . Görüşməyə başladıq. Tamam fərqli hisslər... izah etmək mümkün deyil.

- Bunları mənə niyə danışırsan ki?

Ağlamağa başladı. "Mən çox bədbəxtəm”,- deyib ayağa qalxdı, üzr istədi. "Bağışlayın, sizi də narahat etdim”,- deyib getdi. Aradan 3-4 gün keçdikdən sonra mənə yenə zəng vurub Afətlə görüşdüyünü dedi. Səsi həyəcanlı idi. "Xoşbəxtəm, mən Afəti həqiqətən sevirəm”. Və sonra ona olan hisslərindən danışmağa başladı.
Görüş yerləri Suraxanı əraizsində olan restoranlardan biri idi. "O, mənə toxunanda dəli oluram. İncə, nəvazişlə, sevgi ilə. Tamam fərqli bir duyğudur”.
Səbinə uzun-uzadı hisslərindən danışdı. Sonda mənə kişilərə nifrət etdiyini dedi. "Kişilər yüz qadınla olub, sonra da səninlə yaxın olurlar, qadın isə tək sənə aiddir. Qadının qadına sevgisi və sədaqəti daha güclü olur”,- dedi Səbinə.

Yenə ara-sıra zəng edir. Bəzən Afətdən şikayət də edir. Deyir valideyinləri Afətin ailə qurmağını istəyirlər. Səbinə isə onu itirəcəyindən qorxur.

"Kişilərlə xəyanət etməkdənsə...”


Emeliyanın (ad şərtidir) isə 38 yaşı var. İmkanlı bir gəmi kapitanının həyat yoldaşıdır. İki oğlu olan Emeliya 10 ildən artıqdır ki, biseksual həyat yaşayır. Gözəl qadın olduğu üçün kişilər və qadınlar tərəfindən sevildiyini deyən Emeliya da qadınların bir-birinə olan sevgisinin möhkəm olduğunu hesab edir:
- Həyat yoldaşım 15 gündən bir evə gəlir. Mən yoldaşıma kişilərlə xəyanət etməkdənsə hansısa qadınla bir yerdə olmağı üstün tutram. 10 ildir Mehribanla bir yerdəyik. Çox qəribə və dəli hissdir. Bir-birimizi çox qısqanırıq. Bizə başqa qadınların yaxın durmasına imkan yaratmırıq.
Emeliya deyir ki, qadın dərdini qadın anladığı üçün Mehribanla daha rahat dil tapa bilib. Və Mehriban heç bir kişinin verə bilmədiyi hissləri ona verir.

Əfqan–Afa: "Mən qorxmuram!”

Bu şəxs bəlkə 28 may metrosunun ətrafında sizlərin də qarşısına çıxıb. Hər zaman cins geyimdə olur, Saçları səliqə ilə daranıb, boynuna qəhvəyi yaylıq bağlayır. Deyir ki,əslən xaçmazlı olsa da, 7 ildir Bakıdadır. Valideyinləri övladlarının qadın kimi olduğunu bildikdən sonra onu evdən qovublar. O da Bakıya gələrək, sevimli "peşəsini” burda davam etdirib. Hazırda yaşlı bir həmcinsi ilə yaşadığını deyən müsahibim ara-sıra partnyorlarını da dəyişir. O, bunu xəyanət deyil, rəngarənglik kimi qiymətləndirir.
"Afa” deyir ki, onun həyatında heç qadın olmayıb. İlk birlikdəliyi isə 12 yaşında sinif yoldaşı ilə olub. Sonradan bu hisslərdən həzz alamağa başlayan Əfqan qadınlara yaxın durmaq barəsində düşünmədiyini də etiraf edir.

Sağlam xəstəlik?!!

Həkimlərin fikrincə, insanların həmcinslərilə cinsi əlaqə istəyinin heç bir xəstəliklə əlaqəsi yoxdur. Xatirə İsayevanın sözlərinə görə, homoseksuallığın xəstəlik kimi qəbul edilməsi 40 il bundan öncə idi. Belə ki, beynəlxalq və milli həkim təşkilatları homoseksuallığın da heteroseksuallıq kimi sağlam bir hal olduğunu qəbul edib:
- Homoseksuallıq insanlarda biseksuallıq və heteroseksuallıq kimi normal bir vəziyyət formasıdır. Bu, insanın iradəsindən asılı olduğu üçün, hər hansı bir müalicəsi olan xəstəlik deyil. İnsanın fərdi seçimi və istəklərinin üzərində olan bir duyğudur. Çox zaman belə insanlar cəmiyyətdə ya xəstə, ya da əxlaqsız kimi təqdim edilirlər”.
Müsahibim hesab edir ki, insanlar doğulanda belə doğulur. Yəni bu, nadir hallarda sonradan qazanılmış bir istək ola bilər. Homoseksuallığın 12 növü var: həqiqi, yalançı, qarşısı alınmayan, müvəqqəti, ani, gizli, cinsi fantaziyalar nəticəsində yaranan homoseksuallıq, heteroseksual olduğunu düşündüyü halda baş qaldıran homoseksuallıq və s. Homoseksuallığın qarşını almaq mümkün deyil. Bu günə kimi tarixdə onların qarşısını kimsə ala bilməyib”.

"Gender və İnkişaf” İctimai Birliyinin sədri Kamran Rzayevin sözlərinə görə, belə insanlar ən çox ailə üzvləri tərəfindən zorakılğıa məruz qalırlar. Azərbaycan cəmiyyəti cinsi azlıqlara pis baxdığı üçün onlar çox zaman cinayətlərin qurbanı olurlar.
Ölkədə cinsi azlıqların hesabatı aparılmasa da, Dünya Səhiyyə Təşkilatına görə, hər bir ölkənin əhalisinin 4 faizi homoseksualdır.

İlahiyyatçı Səriyyə Sami hesab edir ki, hisslərin pozğunluğu insan üçün yazılan alın yazısı deyil: "İsra” sürəsinin 13-cü ayəsində buyrulur ki, hər bir insanın taleyi onun mübarizəsinə, davranışlarına bağlıdır. İnsanın qədəri onun boynundan asılıdır. Həyatı istədiyi kimi yönəldə bilmə qüdrətinə malikdir insan. Allah mükəmməl insana bu bacarığı verib. Bəzi insanlar var ki, öz səhv addımlarını, xətalarını qədərə, alın yazısına bağlayırlar. İnsan qədərini özü yazır. Öz xəstəliklərini özünün yaratdığının və həllinin də öz içində olduğunun heç zaman başa düşmür”.
Müsahibim bildirir ki, həmcinsi ilə cinsi əlaqə islam dinində qəbul edilmir və elə insanlar lənətlənirlər. Homoseksualizmin ta qədimlərdən - Lut dövründən mövcud olduğunu bildirən Sami deyir ki, hələ o dövrdə Lut qövmünün yaşadığı şəhər dağıdılmışdı.


Hooseksualizm hər bir cəmiyyət üçün ciddi bir bəladır. Qadının, qadına, kişinin kişiyə olan hissləri ağlasığmazdır. Hələ bu duyğuları sevgi adlandırmaq sevgi sözünün özünə ləkədir. Amma bir reallıq var ki, bu insanlar cəmiyyətdə, bizim aramızda yaşayırlar. Onları silmək, yox etmək olmaz. Bu, qanunlara zidd olduğu kimi insanlığa da zidd bir hərəkət olardı. Cəmiyyəti bu bəladan qorumaq bizim əlimizdə deyil. Amma unutmamalıyıq ki, cəmiyyəti də biz təşkli edirik. Öz yaxınlarımız, doğmalarımıza nəzarət etsək, onları zamanında bu yalnış seçimdən döndərə bilsək, bu, bizim uğurumuzdur. Və....unutmamalıyıq, heç kim bu bəladan sığortalanmyıb. Övladlarımız var, onları qorumalıyıq. Ən azından TV-lərdə belə insanları reklam etməməklə.// azvision


Tarix: 03.12.2012 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1250 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...