Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maqazinlərdə kosmetikanın testdən keçirilməsi

Bu cəzbedici olsada, yaddan çıxartmayın ki, sizdən öncədə bunları yüzlərcə xanımlar testdən keçirib. Buna görə bu test üçün nəzərdə tutulan kosmetikalarda nə qədər mikrob olduğunu bilmək üçün heçdə həkim və ya laboratoriya işçisi olmaq vacib deyil.



Küllü miqdarda toz – bu testerlar açıqda qaldıqları üçün, xüsusəndə dodaq boyaları ətrafdakı tozu özünə çəkirlər.

Viruslar – testerlərin üzərində müxtəlif viruslar qala bilər. Bunları yüzlərcə xanım test edib.

Bağırsaq çubuğu, stafilokok, streptokok – xanımlar testerlardən istifadə zamanı əllərini yumurlar. Kim bilir bundan əvvəl onlar harda idi və NƏ? edirdi. Əgər bunlardan hansısa dəriyə düşərsə, sızanaqlar ən yaxşı variant kimi çıxış etmiş olacaqlar.

Müxtəlif göz bakteriyaları.



Bunlardan necə qaçmaq olar



Beləliklə kosmetika almağa gedəndə özünüz ilə aşağıdakıları götürün:
Alacağınız kosmetika haqqında məlumatlar. Bunları siz internetdən rahat bir şəkildə əldə edə bilərsiz. Bu zaman kosmetikanı test etməyə lüzum qalmayacaq.
Pambıq.
Antibakterial nəm kağız dəsmalları.
Əlləri dezinfeksiyası üçün xüsusi mayələr.

Dodaq boyasını necə testdən keçirmək lazımdır

Dodaq boyası – bakteriya mənbəyidir. Mikroskopla baxsanız onun üzərində hər bir şey tapmaq olar. Bundan irəli gələrək, dodaq boyasını ən yaxşı barmaqlarınızın iç tərəfinə sürtərək yoxlamaq daha məsləhətdir. Barmağın bu hissəsi dodaq rənginə daha yaxındır. Testdən sonra əllərinizi silməyə unutmayın.

Göz üçün kölgələri necə testdən keçirmək lazımdır


Unutmayın ki, bir çox xanım kölgələri barmaqları ilə testdən keçirirlər. Barmaqlardada nə istəyirsiz ola bilər. Əgər artıq kölgədən istifadə etdiniz isə, mütləq onu sonra nəm kağız dəsmalları ilə silin.

Həmçinin testi barmaqlarınız ilə keçirməyin. Sizin barmaqlarınızda bakteriyalar ilə doludur.

Tuşun testdən keçirilməsi


Tuşu ümumiyyətlə testdən keçirmirlər. Əvvəlcə onun necə olduğu haqqında məlumat toplanılır və maqazində yalnız onun fırçasına baxılır.

Tonal kremlərin testdən keçirilməsi


Tonal kremlər test üçün ən zərərsiz hesab edilə bilərlər. Əsas tübiklərdə olan bu maddəyə mikrobların düşməsi ən az ehtimalla hesablana bilinir.

Tonal kremi testdən keçirmək üçün, təmiz üzün çənə hissəsinə sürtülür. Bundan sonra biraz gözləmək lazımdır ki, effekt üzə çıxsın. Sonra təhlükəsizlik naminə, onu silin.

Kirşanın testdən keçirilməsi


Kirşan göz kölgələrindən onunla fərqlənirlər ki, onları mütləq yanaqlarınıza sürtməlisiniz.

Yalnız bunu az miqdarda etmək lazımdır, yanağınızı tamamilə kirşanlamaq lazım deyil. Kirşanı burnunuza sürtsəniz daha məsləhətli olar. Testdən sonra mütləq üzünüzü təmizləyin.

Birdə sonda deyək ki, hər hansı bir kosmetik vasitə alırsınız isə, onun üzərindəki təlimatı mütləq oxuyun.


Tarix: 25.12.2012 / 20:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 567 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...