Makiyaj vəsaitlərinin asanca tətbiq olunması, üzünüzün hamar bir görünüş qazanması üçün ilk əməliyyat dəri təmizliyidir. Dəri növünüzə uyğun bir məhsulla dərinizi təmizləyib quruması üçün gözləyin.
Təmizlənmiş dərinizə, makiyajın qalıcı olmasını təmin etmək üçün dərinizə uyğun nəmləndirici bir krem vurun və bir az gözləyin. Dərinizdəki qüsurları örtmək, rəng fərqliliklərini gizlətmək üçün üz və boyun hissəsinə kirşan vurun. Kirşan rəngini seçərkən dəri rənginizdən bir ton açıq ya da bir ton tünd olmasına diqqət yetirin.
Kirşanı gözaltına, burun ətrafına və çənəyə diqqətə vurun.
Makiyajınızın gözünüzdə çox qalmasını istəyirsinizsə göz qapaqlarınıza kirşan vurun.
Göz ətrafını makiyaj edərkən əgər gözlərinizi olduğundan daha böyük göstərmək istəyrisinizsə qara, boz ya da qəhvərəngi tonlarında göz qələmindən qalın bir xətt halında çəkin. Gözlərinizi olduğundan kiçik göstərmək istəyirsinizsə, yalnız gözlərinizin alt hissəsinə, kirpik xəttindən içəri doğru incə bir xətt çəkin. Nəticədə gözləriniz təbii və sadə görünər.
Göz makiyajında son addım tuşdur. Kirpik üçün tuş fırçasının təmiz olmasına diqqət yetirin. Kirpik uclarında yığılan kirpik üçün tuşu təmizləmək üçün təmiz, quru bir diş fırçasından istifadə edə bilərsiniz.
Yanaqlarınızla eyni tonlarda dodaq boyası istifadə etmək makiyajınıza təbiilik gətirəcək. Əgər dodaqlarınızı vurğulamaq istəyirsinizsə qırmızı və açıq rənglərdən istifadə edə bilərsiniz.
Tarix: 25.12.2012 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 243 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri