Döş baxımı nədir?
Hər bir qadın döşlərinin gözəlliyinin zamanla azalmasından narahat olur. Dar alt paltarı seçərək onları dik tutmağa çalışır. Döşlər hətta ilk hormonların fəaliyyəti ilə böyüməyə başlayanda da irsi olaraq çatlar meydana gətirə bilir.
Dərinin elastikliyinə dəstək olan kremlər istifadə etmək üçün yeniyetməlik dövrü doğru zamandır. (Gənc qızınız varsa bir ana olaraq borcunuz ona düzgün büstqalter seçmək və sürətli böyümə ilə vücudda çatlaqlar yaranmağa başladısa elastiklik artıran kremlər almaqdır.)
Bədəninizin yağ və döş vəzilərindən ibarət olan bu orqanında əzələ yoxdu. Boynunuzdan çənə altından başlayıb belə qədər enən dəri üzərində asılı durur.
Dolayısıyla döşlərin sallanmasında bu dərinin boşalması rol oynayır. Hamiləlikdə genişlənən və sonra kiçilən döş, elastikliyini itirir, zamanla dəri yenilənməsi yavaşladıqca, hüceyrələrdəki köhnəlmə dəri üzərində də müşahidə olunur və diriliyini itirmiş, toxuması yumşalmış döşlər yaranır.
Sallanmaya qarşı nə tədbir görməli?
İdman edərkən, atlanıb-düşərkən, qaçarkən mütləq büstqalter geyinin. Öz ağırlığıyla dərinin elastikliyini pozmasına icazə verməyin.
Isti su ilə çimməkdən, saunalardan, hamamdan çəkinin. Kisə, peeling kimi dərinin üzərinə basaraq edilən əməliyyatları dərini dartışdırmadan və ən incə hərəkətlərlə edin.
Büstqaltersiz günəş vannası qəbul etməyin.
Dekolteni yüksək faktorlu qoruyucularla, günəşin dərinin elastikliyini zədələyən şüalarından qoruyun.
Təzyiqli soyuq su masajının sinəyə dirilik gətirdiyini unutmayın. Duşdan çıxmadan əvvəl bir neçə dəqiqə dairəvi hərəkətlərlə, dözə biləcəyiniz soyuqluqda soyuq su tutun.
Dərinizi sağlam saxladığının müddətdə döş diriliyini də saxladığınızı bilin. Sıxlaşdırıcı və döş dərisini nəmləndirən xüsusi qulluq vasitələrini 25-28 yaşlarından etibarən istifadəyə başlayın.
Döşlərinizin gözəlliyi haqqında fikirləşmək üçün hamiləlikdəki böyümə və sallanma halını gözləməyin. Qulluq etmək üçün bu mərhələləri gözləsəniz sonrada alacağınız nəticələr o qədər də ürəkaçan olmaya bilər.
İdman edin. Kürək, qolun üstü və çiyinləri inkişaf etdirən hər hərəkət döş diriliyinə də köməkdir.
Pəhriz saxlayarkən döşlərinizin də balacalandığını nəzərə alaraq qulluq üsullarından istifadə edin.
Üzün, xalça silin, pəncərə təmizləyin və s.
Döş dikəldən idmanlar
Əllərinizi döşlərin önündə, alqışlarmış kimi ovucları bir-birini yapışıq saxlayın. Əllərinizi sıxın, 3-5 saniyə sıx tutub buraxın. Təkrarlayın.
Divara 1 metr məsafədə, üzünüzü divara tərəf çevirin. Əllərinizi ovuzlarınız divara yapışacaq şəkildə qoyun. Ayaqlarınızı yerindən tərpətmədən divarı itələyin, özününzü geri atıb təkrar divara düşərkən ovuclarınızı qoyun. Bu itələmə hərəkətlərilə boyun, qol və döş altından uzanan əzələlərin hamısı işləyəcək.
Döş çatlaqları
Döş maskaları, diriliyi təmin edən toniklər, yosun kremləri, vitaminlər və aktiv maddələrlə qulluq mütləq görüntüdə müsbət nəticələr almanıza kömək edəcək. Ancaq çatlaqlar yaranandan sonra yox edilməsi mümkün olmur. Kim sizə çatları "yox edəcəyini” vəd edirsə bilin ki, doğru deyil. Çatlar yox olmur!
Döşləri dikləşdirmək üçün nə edilməlidir?
Soya tərkibli, yeniləyən, canlandırıcı xüsusiyyəti olan dolğunlaşdırıcı, dikləşdirici kremlər və döşlərin altındakı yağ vəzisini çoxaltmağa xidmət edən aktiv yağları olan jellərdən də faydalana bilərsiniz. Jel halında və əsasən yağlardan ibarət olanlar dərini anında gərginləşdirdiyindən, dekolte geyəcəyiniz bir dəvət, yaxud toy mərasimi üçün sizə təcili nəticə də gətirən kosmetikalardandır. Dərhal təsiri görünür və uzun müddət istifadədə kollagen istehsalını tezləşdirdiyindən diriliyin qalıcı olmasına da kömək edir. Döş ətrafına altdan başlayaraq dairəvi hərəkətlərlə hopdurulana qədər çəkilir, qurumağı gözlənilir.
Döşlərin üstündən dartaraq yuxarı yapışdıran şəffaf bantlardan da yayda qoluaçıq koftalar geyinərkən faydalana bilərsiniz.
Tarix: 05.12.2012 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 903 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri