Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Onlar belə edərdi

İllər ötür, yeni vasitələr satışa buraxılır. Lakin onların bunlarla necə baş elədiklərinə də baxaq, bəlkədə bir çox şeyöyrənərsiniz.
Alma sirkəsi və eyni miqdarda isisdilmiş bitki yağında barmaqlarını 10 dəqiqə saxlasan, dırnaqların bərkiyər.
Naşatır spirtinin üzərinə qliserini asta-asta əlavə edib, ehtiyatla qarışdır. Bunu əllərə sürtmək dərini həm ağardar, həm də nəmləndirər.
Döşləri möhkəmlədib, qarnını yığmaq istəyirsənsə, evdə oturuş qaydasını dəyiş: ayaqları sinəyə doğru yığıb, əllərinlə dizlərini qucaqla. Döş və qarın əzələlərində gərginlik hiss edirsənsə, demək hərəkət təsirini göstərir.
İşini oturaq vəziyyətdə görüb, idmana vaxt tapmırsansa, omba və baldır əzələlərini elə oturaraq yığıb, aç. Ayaqları oturacağın altına yığıb və ya düz uzatsanız, gərginlik istiqamətini dəyişərək, aşağı ətraflarda selüliti azaldar.
3 xörək qaşığı alma şirəsi, 5 xörək qaşığı bitki yağı və 2 xörək qaşığı balı qarışdırıb, ayaqlara maska etsəniz, yorğunluğunuz aradan qalxar.
350-500 qr. nişastanı 2-5 litr soyuq suda həll edib, əvvəlcədən hazırlanmış ilıq vannaya tökün. Bu prosedur döş və qarında çatların yaranmasının qarşısını alır.
2 xörək qaşığı kəsmik, 1 xörək qaşığı süd, 1 çay qaşığı günəbaxan yağı, yarım ədəd pomidor şirəsi və 1 çay qaşığı limon şirəsinin qarışığından ibarət maskanı 20 dəqiqə saxlayıb, ilıq su ilə yusanız, qırışlarınız azalar.
3 çay qaşığı yağlı kəsmiyin üzərinə 1 çay qaşığı bal əlavə edib, köpük alınana qədər “çırpın”. Maskanı üzdə 15-20 dəqiqə saxlayıb, çobanyastığı və ya nanə dəmləməsində, ya da soyuq süddə isladılmış pambıq ilə silin. Maska üzdəki məsamələri təmizləyib, qan dövranını tarazlaşdırıb, qidalandırıcı effekt verir.


Tarix: 25.12.2012 / 20:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 302 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...