Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toniklər haqqında maraqlı məlumatlar və tonik reseptləri

Gündəlik dəri təmizliyiniz üçün ayıracağınız 5 dəqiqə sizə; sağlamlıqla parlayan dəri, aynaya baxdığınızda hamar dərisiylə gülümsəyən bir qadın hədiyyə edər.

Tonik; dəri təmizliyi tamamlayar və məsamələri möhkəmləşdirər. Gecə yatmadan əvvəl və səhər oyandığınızda gündəlik dəri təmizliyi edərkən tonik istifadə etməyin əhəmiyyətli yeri vardır. Tonik, ilk addımda dərinizdəki yağ, toz, makiyaj kimi qalıqları dərininə təmizləyərkən; dəri məsamələrini möhkəmləşdirib daha canlı və gənc qalmasını təmin edər.

Tonikin tərkibində dəri sağlamlığını və gözəlliyini qoruyacaq fərqli maddələr olur.

Gül suyu,soda, salistik turşu kimi qarışıqlarla tonik hazırlana bilər.

Dərinizdə sızanaq,civzə problemi yaşayırsınızsa; nizamlı tonik istifadəsiylə həllə tapa bilərsiniz. Sızanaqlı cildlər üçün istehsal edilmiş toniklər; dəridəki yağ tarazlığını nizamlayar, dərini qurutmadan çox yağı götürər və sağlamlıqla parlamasını təmin edər. Xüsusilə tərlibində spirt olan toniklər yağlı cildlər üçün idealdır. Dəri məsamələrinin tıxanması sızanağa gətirib çıxarar ancaq spirt tərkibli toniklər dəri məsamələrini dərininə təmizləyər və dərinin nəfəs almasını təmin edər.

Quru ya da normal dəri növünə sahibsinizsə tərkibində spirt olmayan tonikləri seçməlisiniz. Gül suyu,soda kimi tərkiblərə malik olan toniklər; dəridəki ölü dəriləri təmizləyər və canlılıq qazandırar. Dərini yağlanıldırmadan, PH tarazlığını nizamlayar.

Tonik necə tətbiq olunar?

Dərinizi təmizləmə geli, sabun ya da losyonla təmizləyin.

Bir parça pambığın üzərinə kifayət miqdarda tonik tökün.

Dodaq və göz ətrafına vurmadan tonikli pambıqla üz və boyun bölgənizi silin.

Təxminən 1 dəqiqə gözləyib ilıq suyla durulayın.

Dəri növünüzə uyğun kremlə nəmləndirmə edin.
İndi sizə deyəcəyim toniklərlə təmiz və təravətli dəriyə sahib ola bilərsiniz



Limon toniki:

1 çay badağı araq və 1 ədəd limon suyunu qarışdırın,pambıqla birlikdə dərinizə çəkin

Alma sirkəli tonik:

İki yemək qaşığı sirkəylə iki yemək qaşığı suyu qarışdırın və dərinizə pambıqla çəkin.

Dərinizdəki məsamələri təmizləyəcək və dəri üzərindəki mikrobları təmizləyəcək.

Çobanyastığı toniki:

Vəsaitlərimiz bir tutam çobanyastığı və təxminən 500 qram qədər sudur. Çobanyastığı suda qaynadılır sonra buz kabına qoyularaq dondurulur.

Dəri sallanamsına mane olacaq möhkəmləşdirici xüsusiyyətləri vardır.

Xiyar və bal toniki:

1-2 ədədsoyulmuş xiyarı mikserdən keçirərək püre halına gətirin.

Daha sonra püre halına gələn xiyarları kəfkirə boşaldın və kəfkirin altına şüşə bir kasa qoyun,

Beləliklə xiyarın suyunu əldə etmiş olacağıq. Əldə edilən suya bal əlavə edib qarışdırın.


Tarix: 24.11.2012 / 18:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 897 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...