Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ekzogen çivzələr

Ekzogen çivzələr xarici amillərin dəriyə təsiri nəticəsində meydana gəlir. Bu cür təsir gücünə piy vəzlərini və tüklü follikulların ağzını tıxaclayan maddələr malikdir. Tıxac nəticəsində dəri piyinin yığılıb qalması baş verir. Əgər ona mikroblar daxil olursa, irinin əmələ gəlməsilə müşayiət olunan iltihab prosesi baş verir. Ekzogen çivzələr komedogen maddələrlə əlaqə zamanı meydana gələ bilir. Bunlara sürtmə və yağların bir neçə növü, xaricə tətbiq olunan bəzi dərman preparatları aiddir.

Problemli dəriyə müalicə yazan kosmetoloqlar çivzəli səpkinin ehtimal olunan androgenetik mənşəyini yaddan çıxarmamalıdırlar. Düzgün diaqnozun qoyulması üçün, hər şeydən öncə, sızanaqların meydana gəlmə səhəhini aydınlaşdırmaq lazımdır.

Kosmetik vasitələrdən həddən artıq və savadsız şəkildə istifadə həmçinin ekzogen çivzələrin yaranmasına şərait yarada bilir, onların bu növünü də məhz kosmetik çivzələr adlandırırlar. Onlar üzdə əmələ gəlir, ekzogen çivzələrin digər növlərisə dərinin digər yerlərində məhdudlaşa bilir.

Ekzogen çivzələrin əmələ gəlməsinin əlavə amilləri həmçinin sürtülmə və təzyiq ola bilir ki, sonuncular öz növbəsində follikulların ağzını mexaniki şəkildə tıxaclayır.


Tarix: 23.12.2012 / 14:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 203 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...