Dodaq nə qədər sağlam və hamar olsa da XXI əsrin qadınları onu boyasız təsəvvür edə bilmirlər.
Bəs boya alarkən nəyə diqqət yetirmək lazımdır ki, dodaq həm gözəl görünsün, həm də zədələnməsin?
İlk olaraq boyanın tərkibinə nəzər salın, içində mütləq “A” və “B” vitaminləri olmalıdır, əks halda dəriniz codlaşacaq. Keyfiyyətli boya dodaqdan kənara yayılmır, ucunda ağ ləkələr qoymur, 1 saat ərsində solmur və dəridə çatlar əmələ gətirmir. Kataloqdan rəng seçərkən əvvəlcə testerdən istifadə edin, çünki adətən şəkildə çalarlar dəyişir. Keyfiyyətli boyanın istifadə müddəti 1 ildən çox olur. Adətən xanımlar düşünürlər ki, dodaq boyasından istifadə etməyi yaxşı bacarırlar, amma yaxşı hələ düzgün demək deyil. Odur ki, diqqətli olun.
Əgər siz parıltılı dodaq boyasına üstünlük verənsinizsə, o zaman əvvəl dodaqlarınızın kənarlarına qələm çəkin, yoxsa boya yayıla bilər. Dodaq boyasının uzun müddət qalmasını istəyirsinizsə, əvvəl boyanı çəkin sonra bir hissəsini quru salfetlə silib üstündən kirşan və ya bir az tonal krem vurub yenə də eyni boyanı çəkin. Beləliklə dodaqlarınız həm cazıbədar, həm də təravətli olacaq.
Dodaq boyası haqqında 4 fakt:
Dodaq boyasını ilk dəfə Fransa kraliçası Yekaterina Mediçi öz laboratoriyasında istehsal edib.
XIX əsrdə bəzi yerlərdə dodaq boyasından yalnız əxlaqsız qadınlar istifadə edib.
Fransada dodaq boyasını qadınlarla yanaşı kişilər də çəkib.
Kişilər il ərzində 3 kq dan çox dodaq boyası yeyirlər.
Tarix: 24.12.2012 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 370 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri