Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların «ağlını alan» kompliment hansıdır?

Beynəlxalq tanışlıq saytlarının əməkdaşları qadınların xüsusi xoşuna gələn komplimentləri müəyyənləşdirməyə çalışıb.


MIGnews.com.ua saytının verdiyi məlumata görə, müxtəlif ölkələrdə qadınların müxtəlif komplimentləri bəyəndiyi üzə çıxıb.

200 min nəfər arasında aparılmış sorğu göstərib ki, əksər xanımlar dodaqları ilə bağlı tərifi daha xoş qarşılayır. Qadın bədəninin digər hissələrilə bağlı deyilən xoş sözlər zərif cinsin nümayəndələri arasında o qədər də populyar deyil. Məsələn, xanımlar döşlərinin cazibədarlığı ilə bağlı eşitdikləri sözü tərifdən daha çox təhqir kimi qəbul edir.


Sorğu onu da göstərib ki, ABŞ, İtaliya, Fransa və Braziliyadan olan qadınlar üçün onların geyimlərinin təriflənməsi daha arzuolunandır.


Tarix: 22.12.2012 / 16:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 249 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...