Su dietasının əsasını qəbul edilən mayenin miqdarı təşkil edir. Bununla belə, suyun miqdarı ayrı-ayrı adamlarda müxtəlif olur. Gündəlik nə qədər su içməli olduğunuzu müəyyən etmək üçün bədən çəkinizi 20-yə bölmək lazımdır. Məsələn, əgər çəkiniz 80 kq-sa, gündəlik 4 litrədək maye qəbul etməlisiniz. Suyun təmiz olmasına diqqət yetirmək də vacib şərtlərdəndir. Kofe, çay, pivə və digər içkilər bura aid deyil. Həmçinin mayenin qazlı və mineral su olması daha yaxşı olar. Çünki qazlı sular orqanizmdə susuzlama, mineral sular isə aclıq hissi yaradır.
Su diyetası 3 həftə davam edir. Diyetadan sonra 3-4 həftəlik fasilə vermək lazımdır. Bu üsulla pəhriz zamanı sidik sisteminə, xüsusilə böyrəklərə ciddi yük düşür. Bundan başqa, mütəxəssislər göstərirlər ki, su diyetası saxlamaq üçün tədricən- əvvəlcə gündə 1,5 litr su içmək, sonra isə mayenin miqdarını müəyyən həddə çatanadək artırmaq lazımdır. Su diyetasını seçən insanlar bilməlidirlər ki, əgər onların çəkisi 60 kq-dan çoxdursa, uyğun olaraq qəbul edilən mayenin miqdarı 3 litr olacaq. Diyeta zamanı onlara vitamin və minerallı komplekslər qəbul etmək lazımdır. Çünki 3 litr həcmində qəbul edilən maye özü ilə bərabər kalsium, natrium və kaliumu yuyub aparır.
Su diyetası üçün rasion:
Səhər tezdən 1 stəkan təmiz su (yeməkdən ən azı 20 dəqiqə əvvəl) içmək lazımdır. Gün ərzində lazımi miqdarda maye qəbul etmək üçün axşam, yatmazdan əvvəl də bir stəkan su çmək lazımdır. Yemək zamanı su içmək məsləhət deyil. Çünki belə vəziyyətdə su mədə şirəsini durulaşdırır və bununla da qidanın həzm olunmasını çətinləşdirir. Diyeta zamanı yalnız 20-30 dərəcə temperaturda, başqa sözlə, otaq temperaturunda olan su içmək lazımdır. Çünki soyuq su maddələr mübadiləsini ləngidir və bədən çəkisinin artmasına imkan yaradır. Su diyetası təkcə artıq kiloqramları atmağa kömək etmir, həm də dərinin vəziyyətini yaxşılaşdırır, bağırsağın işini və təzyiqini normallaşdırır, başağrısı və yorğunluğu çıxarır, uzun müddət gümrahlıq gətirir, iş qabiliyyətini yüksəldir.
Su diyetası üçün tövsiyyələr
*Su diyetası zamanı böyrək xəstəlikləri olan insanlar ehtiyatlı olmalı, çox miqdarda su içməməlidirlər.
*Su diyetasına yayda, suya çox tələbat olduğu fəsildə başlamaq daha məqsədəuyğundur.
*Su diyetası zamanı fitrlənmiş, təmizlənmiş, yaxud keyfiyyət markası olan alınma sular içmək lazımdır.
*Su diyetası zamanı daha az duzlu qidalar qəbul etmək lazımdır. Çünki duzun bol olması orqanizmdə suyun ləngiməsinə səbəb olur.
*Su diyetası zamanı nə qədər xeyirli olsa da, çox miqdarda içildikdə su ilk növbədə bağırsaqdakı faydalı maddələri aparır.
*Su diyetası zamanı kənd yerlərində, xüsusilə tanimadığımız su quyularından su içmək yaramaz. Təmiz görünməsinə baxmayaraq onlar xeyli miqdarda nitratlarla çirklənmiş ola bilər.
*Su diyetası zamanı ekzotik ölkəyə səyahətə çıxırsınızsa, yerli sulardan az içməyə çalışın. Çünki buradakı su ilə sizin adət etdiyiniz suyun mineral tərkibi bir-birindən fərqli ola bilər. Bu isə ciddi mədə pozuntusu ilə nəticələnə bilər.
Diyeta aşağıdakılardan ibarətdir:
1-ci gün
*1-ci səhər yeməyi: yeməkdən əvvəl yarım stəkan su. 1 ədəd yumurta, 2 dilim çovdar çörəyi, 2 dilim pendir, 1 fincan ot çayı (qəndsiz).
*2-ci səhər yeməyi: yarım stəkan su. 1 ədəd iri armud, 2-3 gavalı.
*Nahar: yeməkdən əvvəl yarım stəkan su. 100q suda bişmiş toyuq filesi, müxtəlif tər göyərti, pomidor, xiyar və pendirdən hazırlanmış salat, 1 dilim çovdar çörəyi.
*Axşamüstü yeməyi: yarım stəkan su. 2 şaftalı.
*1-ci şam yeməyi:yarım stəkan su. 100q suda bişmiş mal əti, buğda bişmiş tərəvəzlər (gül kələm, kərəviz, yaşıl lobya, pomidor).
2-ci şam yeməyi: yarım stəkan su, 50q kəsmik ilə meyvələri qarışdırıb üzərinə yağsız yoğurt tökməklə hazırlanan salat. Yatmazdan əvvəl 1 stəkan ballı ilıq su içmək.
2-ci gün
Yuxudan duran kimi dərhal 1 stəkan ilıq, təmiz su içmək-limon qatılsa daha yaxşı olar.
*1-ci səhər yeməyi: yeməkdən əvvəl yarım stəkan su. 100q yağsız kəsmik, 2 dilim çovdar çörəyi, 1 fincan ot çayı (qəndsiz).
2-ci səhər yeməyi: yarım stəkan su. 2 şaftalı.
*Nahar: yeməkdən əvvəl yarım stıkan su, 100q suda bişmiş balıq əti, müxtəlif tər göyərti və tərəvəzlərdən hazırlanmış salat, 1 dilim çovdar çörəyi.
*Axşamüstü yeməyi: yarım stəkan su, 2 iri alma.
*1-ci şam yeməyi: yerım stəkan su, 2 yumurta, tər kələm, pomidor və yaşıl noxuddan hazırlanmış salat, 1 dilim çovdar çörəyi ilə pendir.
2-ci şam yeməyi: yarım stəkan su. Pomidorla bişirilmiş 50q toyuq filesi və 1 dilim çovdar çörəyi. Yatmazdan əvvəl 1stəkan ballı ilıq su içmək.
3-cü gün
Yuxudan duran kimi dərhal 1 stəkan ilıq, təmiz su içmək-limon qatılsa daha yaxşı olar.
*1-ci səhər yeməyi: yeməkdən əvvəl yarım stəkan su. Göyərti qatılmış 2 dilim (suda bişmiş toyuq filesi), 2 dilim çovdar çörəyi, 1 fincan ot çayı (qəndsiz).
2-ci səhər yeməyi: yeməkdən əvvəl yarım stəkan su, 4 gavalı.
*Nahar: yeməkdən əvvəl yarım stəkan su. Az miqdarda mal ətindən hazırlanmış tərəvəz şorbası, 1 dilim çovdar çörəyi.
Axşamüstü yeməyi: yarım stəkan su, 2 iri armud.
*1-ci şam yeməyi: yarım stəkan su. 1 ədəd buğda bişmiş balıq kotleti, suda bişmiş tərəvəzlər, 1 dilim çovdar çörəyi.
*2-ci şam yeməyi: yarım stəkan su. 50q kəsmik və meyvələr qatılmış, üzərinə yoğurt tökülmüş salat. Yatmazdan əvvəl 1 stəkan ballı ilıq su içmək.
Yuxarıda təsvir olunan 3 günlük rasion pəhrizin 4-12-ci gününə qədər təkrarlanır.
Utunmayın ki,...
Əgər saçlarınız kövrək, dəriniz hətta kremdən istifadə etdikdən sonra da quruyur və bozumtul rəngə çalırsa, eləcə də tez yorulur və çox pis əhval-ruhiyyədə olursunuzsa -sizin diaqnozunuz belədir: orqanizmdə su çatışmazlığı. Adətən insanlar suya çox əhəmiyyət vermirlər. Amma bu qətiyyən düzgün deyil. Hətta bəzən təhlükəli belə ola bilər. Haqqında söhbət açdığımız su diyetası zamanı bir sıra qida və ərzaqlardan imtina etmək lazım gəlir. Su diyetası hər şeydən əvvəl yaxşı əhvalda olmaq və görkəminizi mütənasib saxlamaq üçün sudan necə düzgün istifadə etməyə diqqət yönəldir. Çox vaxt böyük şəhərlərdə yaşayan insanlar kəskin xroniki susuzluqdan əziyyət çəkirlər. Gün ərzində hansı içkilərdən daha çox istifadə edirsiniz? Çay, kofe, şirələr? Bəli, bu içkilər faydalıdır, amma onların heç biri təmizlənmiş, saf suyu əvəz edə bilməz. Odur ki:
QAYDA 1. Gün ərzində 2-3 litr su için.
QAYDA 2. Hər dəfə yemək istəyəndə yarım stəkan su için. Biz insanlar özümüz də bilmədən susuzluğu və aclığı eyni anda hiss edirik. Bəzən yemək istəyirik,amma nəyi? Bax, bunu dəqiq bilmirik. Əslində belə hallarda su içmək istəyirik. Odur ki, yeməyə 1 stəkan adi, yaxud mineral su içməklə başlayın. Amma diqqət yetirin- suyu içdikdən sonra 30 dəqiqə gözləyin, sonra yeməyə başlayın. nə qədər az yediyinizə özünüz də təəccüblənəcəksiniz. Təbii ki, yemək az olanda, çəki çox azalır.
QAYDA 3. Yemək zamanı, xüsusən də yeməkdən dərhal sonra su içməyin. Çünki bunun nəticəsində bədənin müxtəlif yerlərində əlavə kalorilər toplanır. Əgər qidalanma zamanı su içməyə vərdiş etmisinizsə, sadəcə sevimli yeməklərinizin reseptini dəyişin-ət, balıq, yaxud tərəvəzlərə az kalorili souslar əlavə edin. Bu yolla suya daimi tələbat azalır
Tarix: 06.12.2012 / 21:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1499 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri