Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bürclərə görə qadın gözəlliyi...

Qoç
Qoç ilk və ən atəşli bürc olaraq, qatarı izləməkdənsə, onu yaratmağı üstün tutur. Əgər Qoçsunuzsa, hansı nəsildən olduğunuzu nəzərə alaraq, saçlarınızı düzləşdirə və yanaqlarınıza boya çəkə, yaxud da şişirdib bal mumu rəngli bikinilər geyinə bilərsiniz. Ağır və təsiredici ətirləri üstün tutursunuz. Gözlərinizi və baxışlarınızı ortaya çıxaran makiyaj sizin üçün çox əhəmiyyətlidir. Yeni çıxan bütün malları ala, fəqət bir müddət sonra bundan darıxa bilərsiniz. Keçən mövsümdən qalan yarımçıq bir ətir və ya kirşanın artıq sizin üçün əhəmiyyəti yoxdur. Losyonlar və dərmanlar parlaq və gözəl görünməyinizə kömək etsə də, əsl gözəlliyiniz açıq ürəkliliyinizdən və yeni şeylərdən istifadə etmə arzunuzdan irəli gəlir. Sahib olduğunuz enerji ən böyük varlığınızdır.

Buğa
Buğa bürcünün simvolu erkək Buğa olsa da, torpaq elementi Buğaya qadınlıq, təbiilik və dağları yerindən oynada biləcək qədər gözəllik qatır. İndi özünüzü yavaş, inadkar yaşlı bir Buğa olaraq görürsünüz, elə deyilmi? Buğa qadını sadə, amma güclü bir gözəlliyə sahibdir və gizli cazibəsi vardır. Əsasən az, amma ən yaxşı işə yarayan kosmetik vasitələrə sahibsiniz. Gözəlliyinizi ön plana çıxaran sadə məhsullardan istifadə edirsiniz. Buğanın təsirli iti baxışları və mükəmməl duruşu valehedicidir. Təbii qıvrım saçlarınızı düzləşdirməyə çalışmayın. Sadəcə, uzun və seksual olduğunu düşündüyünüz üçün dırnaqlarınızı uzatmayın. Əmin olun ki, əvvəlki halı daha gözəldir. Saçlarınızın çiyinlərinizə sərbəst tökülməsini və ya üzünüzə düşməsini çox sevirsiniz. Qadınlığınız ən böyük silahınızdır.

Əkizlər.
Əkizlər bürcü insanı olaraq siz parçalanmış və dəyişkən şəxsiyyətinizdən bezmiş ola bilərsiniz, fəqət daxilinizdə bu vəziyyətin əksinə getmirsiniz. Əkizlər, siz yorulmaz və əsasən uğurlusunuz. Ağlınızda sizin üçün daha çox vacib olan şeylər vardır, bunlar da hər halda ailəniz üçün yaxşı bir tətil planlaşdırmaq, ətrafınızla sülh saxlamaq və daxili ehtiyaclarınızı tamamlamaq kimi şeylərdir. Xəbərdarlıq edən fikirləriniz, sürətli əlləriniz və olduqca danışqan olan ağzınız üçün istifadə etdiyiniz xoş vücud dilinə diqqət yetirmək məcburiyyətində olacaqdır, amma yenə də hərdənbir tutulduğunuz əsəbi enerjili vəziyyətlərdə dırnaqlarınızı çeynəyə bilərsiniz. Bunları da canlı dırnaq rəngləri və bəzən etdiyiniz manikürlər ilə saxlaya bilərsiniz.Yeniliklərə doğru olan meyliniz rənglərdən qorxmamağınızı təmin edər. Gözəlliyiniz qıvraq zəkanız, makiyaja meyildənsə, təbiiliyinizi ortaya çıxarmağınıza bağlıdır.

Xərçəng
Xərçəng dəyişkən bir su qrupu bürcü kimi, haqsızlığa düşmə məsələsində çox həssaslığına baxmayaraq, öz ehtiyaclarını nəzərdən qaçırır. Cazibəli gözləriniz və yanaqlarınız var. Xaricdən özünüzü insanlarla maraqlanan kimi aparırsınız. Ana olmasanız belə, həssas və cinsi münasibətlərə əhəmiyyət verən bir qadınsınız. Özünüzə vaxt ayıra bildiyiniz zaman köpüklü bir vanna, avaqado maskası kimi olduqca lüks şeyləri çox sevirsiniz. Klas tərzdə incilər, açıq rənglər və özünü təsdiq etmiş məhsullara üstünlük verirsiniz. Gözəlliyiniz cömərdliyinizlə, xoşagəlimli təbiətiniz və real görünüşünüzlə əlaqədardır. Dünyanı qucaqlamaq üçün qollarınızı açdığınız zaman əsl mənada mükəmməl olursunuz.

Şir
Gözəllik məsələlərində çox gözəl bir seçimə sahib olsanız da, yenə də ətrafınızdakı insanların sizi dəstəklədiyini duymaq olduqca inamverici olur və sizi arxayınlaşdırır. Rahat bir geyim tərzi sizi hər şeydən çox rahat edir. Gözəgəlimli saçlarınız simvolunuz olan Şirin tükləri qədər sizin üçün vacibdir. Siz danışmasanız da, o, sizə lazımi şeyləri söyləyir. Pul yığmaqla işiniz yoxdur. Canlı rəngləri, meyvə ətirlərini sevirsiniz və istifadə etdiyiniz kosmetikaların riskindən qorxmursunuz. Tam parlaq bir ulduz olmasanız da, gözəlliyiniz özünüzü və hədiyyələrinizi həmişə bölüşməyə hazır olmağınızda və təmiz, yumşaq ürəyinizdədir.

Qız.
Özünüzü daim ciddi göstərməyiniz bəzi pis nəticələrə gətirib çıxarır. Həqiqətən də, Qız yaxşı qayda-qanuna salınmış bir gözəllik anlayışına sahibdir. Dəyişkən və torpaq sinfinə aid bu bürcün insanları kiçik detalları görən və onlara önəm verən təbii bacarığa sahibdirlər. Hər vəziyyət üçün bir silahınız olduğu üçün daxilən özünüzü çox bəyənirsiniz. Markalı kosmetik vasitələri və trendləri təqib etdiyiniz və görünüşünüzə diqqət yetirdiyiniz üçün qürur duyursunuz. Bütün diqqətinizi toplasanız, əla bir qadın imici yarada bilərsiniz. Keyfiyyətdən qurban verməzsiniz, amma miqdar başqa məsələ… Yüngül, yağlı, torpaq rəngli və qadına xas makiyaja üstünlük verirsiniz. Gözəlliyiniz mükəmməlliyinizin, insanlığınızın və həyata olan real baxışınızın nəticəsidir.

Tərəzi
Tərəzilər, siz insanları necə məmnun etməyi bilirsiniz. Xanım-xatın, amma güclü, cazibəlisiniz. Utancaq deyilsiniz və bununla bərabər, təsirli bir baxışı çətinlik çəkmədən yaxalaya bilirsiniz. Tərəzilərin ehtiyacı olan şey uğurdur ki, bu da onların həmişə ən yaxşı şəkildə görünmələrini təmin edə bilər. Sizə parlaq bir baxış və güclü bir həyat anlayışı verən bu şeylər sizin makiyaj etmədən çölə çıxmağınızı təmin edə bilər. Tərəzilər sevimli bir çağalıq, maraqlı bir uşaqlıq keçirmiş, evdar bir şahzadə olmuşlar və indi artıq çılğın, açıq və qeyri-adi bir insan gözəlliyinə sahibdirlər. Tarazlıq və səliqə ilə dolu bir həyat yaşasanız da, stres yaşlanmayan və elastik cildinizdə görünə bilər. Tərəzilər çəhrayı və yaşıllar içində xoş görünə bilərlər. Bitki ekstraktlı və isti ətirlərdən istifadə edə bilərsiniz. Əziyyət çəkmədən sirlərinizi gizləyə bilirsiniz. Gözəlliyinizin mənbəyi təbiətinizdir. Aşiq olduğunuz zaman ən gözəl görünüşə sahib olursunuz.

Əqrəb.
Sabit və su qrupu olan bu bürcün təsiri altındakı insanlar şiddətli və arzulu hisslər keçirərkən, eyni zamanda sirr verib-verməmək xarakterlərini ortaya çıxarırlar. Söhbət gözəllikdən düşdükdə Əqrəb bürcü şəhvətə olan meylini büruzə verir və bu vəziyyət onların hər hərəkətini nəzarət altına alır. Hisslərini nəzarətdə saxlaya bilmədikləri halda, bir az da olsa, onları təmin etsələr, daha həssas tərəfləri ortaya çıxar. Yəni həssas bir partnyor və ya vəfalı bir dost halına gəlirlər. Dramatik və gizli makiyajlardan zövq alırlar. Pariklər və qoyma kirpiklər ən çox aldıqları kosmetik vasitələrdir. Digər insanlardan geri qalmaq onları narahat edir və əgər bir az daha çalışqan və hiyləgər olsalar, parlamalarını təmin edərlər. Gözəlliklərinin gücü sahib olduqları gizlilik, dərin məna, arzular və gizli hissləridir. Gözəlliklərinin ən yüksək zirvəsinə çatmalarının ən incə məqamı bu sualın cavabındadır: ”Necə yaxşı hiss etsən, elə ol”.

Oxatan.
Oxatan Bürcü Qadınının Ümumi Xüsusiyyətləri: Oxatan bürcü qadını mədəni, cazibədar, həssas və ağıllı istiqamətləriylə diqqət çəkir. Həssas və kövrək bir quruluşu vardır. Bağışlayır. Ağıllıdır və başa düşmək qabiliyyəti qüvvətlidir. Birdən çox mövzuya maraq göstərə bilər və hamısıyla əlaqədar məlumat sahibi ola bilər. Oxatan bürcü qadını utancaq və tezbezəndir. Narahatlıqdan xoşlanmaz və narahatlıq olan mühitlərdə çox olmaz. Enerjili və şən bir dostdur. Dostlarına çox əhəmiyyət verər və fədakardır. Oxatan bürcü qadını əyləncəni və gəzməyi sevir. Səyahət etməyi, yeni yerlər görməyi və yeni insanlarla tanış olmağı xoşlayır. Maddi mənada güclü olmaq istəyir. Pul onun üçün vasitədir. Comərd, hətta bir az bədxərcdir. Qarşı cinslə olan əlaqəsində əvvəlcə yoldaşlığa və dostluğa əhəmiyyət verər. Azadlığına bağlı olan Oxatan qadını əmri sevmir. Bu səbəblə evlilik ona uzaq bir anlayış kimi gəlir. Sadiq bir partnyordur. Oxatan bürcü qadını qayğını və komplimentləri sevir. Çox vaxt dostluqla sevgini bir-birinə qarışdıran oxatan bürcü qadını əvvəlcə qarşı tərəfdə inam və dostluq axtarar. Bəyəndiyi insanla söhbət edə bilmək onun üçün çox əhəmiyyətlidir. Oxatan bürcü qadını evləndiyi zaman çox şən bir partnyor olacaq. Uşaqlara bağlıdır və uşaqlarıyla dostluq əlaqəsi yaradacaq.

Oğlaq
Oğlaq diqqətli və muhafizəkar bir şəkildə çalışarkən, əsasən, nəzərdən qaçırdığı şey gözəlliyi olur. Oğlaq xaosun içində qanunlar tapma bacarığının nəticəsi olaraq vaxtsız və gözlənilmədən gələn trendlərdən diqqətli şəkildə özü üçün yaxşı ola biləcək yeniliklər yarada bilər. Yəni siz incə bir beli və gözəl bir görünüşü qorumaq üçün diqqətli bəslənən bir insansınız. Təbii ki, nəticədə sizin üçün sağlam və təbii olan bir həyatı qoruyursunuz. Hər Oğlaqda olan ümumi düşüncə tərzinin nəticəsində iş görüşlərində və həyatın monotonluğu içində təsirli bir xarakter ortaya çıxara bilərsiniz. Bu, sizin həyatda uğurlu və təsirli olmağınızın açarını təşkil edir. Siz, həqiqətən, özünüzə qulluq etməyi və özünüzü ortaya çıxara bilməyi bacarırsınız. Bu qədər muhafizəkar olmağınıza ehtiyac yoxdur: ağıllısınız, keyfiyyəti yaxalaya bilirsiniz və xoşagəlməz vəziyyətlərdən çıxmağı bacarırsınız. Seçilməyiniz özünüzə inamda, bir məqsədə diqqətinizi yönəltməkdə də görünür. Saçlarınızı qısa kəsdirə və ya arxadan bağlaya bilərsiniz. Zəngin rənglərə: məsələn; ərik tonu, qırmızı kimi rənglərə üstünlük verməlisiniz. Oğlaq üçün güc normal bir şeydir, təbii ki, ona sahib olduğunuzda sizə xoşbəxtlik gətirir. Gözəlliyinizin mənbəyi tədqiqatçı təbiətinizdən və yüksək səviyyəli həyat tərzinizdən irəli gəlir.

Dolça
Bir Dolça kimi bacarıqsızlığın verdiyi şirin bir görünüşə sahibsiniz. Şirin bir dağınıqlıq… Bütün dünyanı qucaqlamağa çalışan bir ürək… Bütün dünya vətəndaşları üçün narahatçılıq keçirirsiniz. Gözəlliyinizə gəlincə, təbii və tamamilə sərbəst olmaq sizin gözəllik fəlsəfənizdir. Özünüzə çox hörmət etməyinizə baxmayaraq, bəzən özünüzə inam əskikliyi hiss edirsiniz. Həmişə kifayət qədər yaxşı görünmədiyiniz və ya kifayət qədər qadın kimi olmadığınız haqqında lazımsız qayğılar çəkirsiniz. Narahat olmağa ehtiyac yoxdur. Gözəlliyiniz özünüzü qəbul etdirə bilmə qabiliyyətiniz, hədiyyə seçimindəki bacarığınızdan irəli gəlir. Öz gözəllik standartlarınızı qurursunuz ki, bu sərbəst anlayışınız gözəlliyinizi qat-qat artırır. Sizin gözəlliyiniz mövcud olan bütün standartların xaricindədir.

Balıqlar
Balıqlar vaxtlarının çox hissəsini eşq və xoşbəxtlik xəyalları ilə keçirirlər.Dəyişkən və su qrupu olan Balıq bürcü üçün xəyallar ən vacib detallardır. Çox dəyişkən və buqələmuna bənzəyən biridir. Ağıllı və çalışqandır.Fiziki gözəllik məsələsinə gəlincə, Balıq bürcü adət edilmişin əksinə, riskə girmə istəyi olan və dünyəvi olmayan istəklər göstərən bir xarakter büruzə verir. Müstəqilliklərini axıra qədər müdafiə edirlər. Rahatlığa çox əhəmiyyət verirlər, buna görə də başqalarının nə dediyinin əhəmiyyəti yoxdur. Özünüzü ərköyünləşdirmək istədiyiniz zaman pedikür kifayət edəcəkdir. Gündəlikdə isə onlar ayaqlarına lazımı diqqəti göstərməyə bilərlər. Yüngül makiyaj sizi romantik edər. Gözəlliyiniz açıqürəkliliyinizdən, xoş təbiətinizdən və hiss etdiklərinizi söyləyə bilmək bacarığınızdan irəli gəlir.


Tarix: 20.12.2012 / 21:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1253 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...