Alimlər artıq çəkidən əziyyət çəkən insanların asan yolla arıqlaya biləcəyini üzə çıxarıb.
Arıqlamağın sadə üsulu – təkəbbür.
Amerika mətbuatının yazdığına görə, ABŞ-da keçirilən ənənəvi «Sağlamlıq və fitnes» konfransında məruzəçi Lauv Metkaf arıqlamaq üçün xüsusi konsepsiya ilə çıxış edib. O, bunun tədricən həyata keçirilməsinin, həftədə maksimum 1 kilo atılmasının vacibliyini bildirib. Arıqlamağın yolu isə lap bəsitdir - həmin insan özündənrazı olmalıdır!
Bunun üçün həmin insan aşağıdakıları etməlidir:
Keçmişini yüksək qiymətləndirməlidir. Çünki bu, insanın özünü sevməsinə kömək edir;
Gələcəyə nikbin baxmalı və uğurlara inanmalıdır;
Öz-özü ilə danışmalıdır. Çünki bu, özünü qiymətləndirməyə kömək edir;
Müqayisədən qaçmalı və özündəki nadirlikləri sevməlidir;
Özünə inanmağı bacarmalıdır;
Özünü tərifləməyi unutmamalıdır;
Çətinlikləri dəf etməyi və dincəlməyi bacarmalıdır;
Cəmiyyətdən təcrid olunmamalıdır.Qadınlar üçün ən ziyanlı 3 peşə.
Araşdırma nəticəsində müəllimə, stüardessa və satıcı-məsləhətçi peşələrinin qadınların sağlamlığına daha çox ziyan olduğu üzə çıxıb. İlk baxışdan, bu peşələrdə sağlamlığa zərərli nəsə görmək çətindir. Amma mütəxəssislər müəyyənləşdiriblər ki, məhz bu peşələrin sahibi olan qadınlar digərləri ilə müqayisədə əhvallarını daha çox və tez-tez risk qarşısında qoyur.
Müəllimlərədə ilk növbədə səs telləri zədələnir və onlar tez-tez anginadan əziyyət çəkir. Stüardessalarda əsasən həmiləliklə bağlı problem yaşanır. Belə ki, həkimlər hamilə qadınlara təyyarədə uçmağı məsləhət bilmir. Onlar isə daim uçmalıdırlar. Nəhayət, satıcı-məsləhətçilər mütəmadi olaraq ayaq üstə dayandıqları üçün varikoz xəstəliyindən daha çox əziyyət çəkirlər.
Xoşbəxtlik qadınları zəif edir.
Qadınlarla bağlı növbəti maraqlı bir araşdırma aparılıb. Yeni Cənubi Uels Universitetinin psixoloqlarının apardıqları təcrübə zamanı məlum olub ki, zərif cinsin nümayəndələri üçün tam xoşbəxtlik mənfi təsirlərə də yol açır. Belə ki, xoş əhvali-ruhiyyədə olan qadınlar daha çox öz hisslərinə fikir verirlər. Bunun nəticəsində təhlükəsizlik hissi zəifləyir. Başqa sözlə, əhvalı yaxşı olan, özünü çox xoşbəxt sayan xanımlarda həmin an ətraf aləmə, sosial normalara diqqət son dərəcə azalır. Əksinə, qüssə, əsəbilik zərif cinsin nümayəndələrini ətraf mühitin tələblərinə daha ciddi yanaşmağa, daha ayıq-sayıq olmağa vadar edir. Alimlər 45 tələbəyə ilk olaraq yalançı testlər veriblər. Daha sonra isə onların bir qisminə qorxulu film izlədiblər. Digər qisim isə komediyaya baxıb. Bu an həmin xanımların hisslərini müşahidə edən alimlər üzə çıxarıblar ki, komediyaya baxaraq əhvali-ruhiyyəsi yüksələn xanımlar oturacaqlarda daha sərbəst oturur və ətraflarına az diqqət yetirirlər. Qorxulu filmlərə baxanlar isə özlərini yığışdırıb ətraflarına daha çox diqqət yetirirlər.
Hirsli qadınlar özlərini yaxşı hiss edir.
Nifrət beyinə qan axınını gücləndirir. İspaniyanın Valensiya universitetinin alimləri iddia edirlər ki, bu çox müsbət mexanizmdir. Doktor Nevs Nereronun apardığı təcrübələrə 25 - 43 yaş arasında 30 qadın qatılıb. Könüllülərin hər birinə müxtəlif məqamlarla bağlı məktub şəklində siyahı verilib və hər birindən 1 dəqiqə sakit oturmaq, daha sonra isə özlərini pis və ya yaxşı hiss etdikləri, buna oxşar hadisələri yada salmaq istənilib. Cavabları yoxlamaq üçün qonşu otaqda həmin xanımların ərləri və yaxud dostları toplanıblar. Kişilər yavaş-yavaş siyahıdakı məlumatlara mənfi reaksiyalar göstərməyə başlayıblar. Təcrübənin sonunda emosiyaların qızğın vaxtında hər iki cinsin nümayəndələrini bir otağa toplayıblar. Bu halda kişilər sakit reaksiya nümayiş etdirsələr də, qadınlar səslərini qaldırmağa başlayıblar. Onlar yoxlamadan keçdikdən sonra məlum olub ki, qadınlar kişilərlə müqayisədə özlərini daha yaxşı hiss edirlər.
Qadınların sevimli yaş dövrü.
Qadınların özlərini qiymətləndirməsi ilə bağlı maraqlı təcrübə aparılıb. Araşdırmalar zamanı məlum olub ki, orta statistik qadın 32 yaşında özünü daha cazibədar sayır. Alimlərdən ibarət qrup bir neçə min qadın arasında aparılan sorğu nəticəsində bu qənaətə gəlib. Sorğuda 18 - 57 yaş arasında xanımlar iştirak edib. Rəyi soruşulanların 40 faizi bildirib ki, onlar 32 yaşında özlərini daha cazibədar, həmçinin daha inamlı hiss edib. Əksər xanımların fikrincə, 32 yaş həm həyat təcrübəsi, həm daxili əminlik, həm də seksual fəallıq və əylənmək bacarığı baxımından ideal yaşdır.
Tarix: 28.11.2012 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 795 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri